Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

“Tramp yolu”na dirəniş: İran və Rusiya hansı təxribatlara əl ata bilər?

“Tramp yolu”na dirəniş: İran və Rusiya hansı təxribatlara əl ata bilər?

Icma.az, Bakupost saytına istinadən bildirir.


"Zəngəzur dəhlizi Vaşinqtonda “Tramp yolu” (TRİPP) olaraq razılaşdırılsa da, layihənin praktiki icrası zaman alacaq və bu müddətdə müdaxilələrin, maraqlı tərəflərin pay almaq cəhdlərinin olacağı bəllidir".

Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, layihədə əsas maraqlı tərəflər İran, Rusiya və Çindir:

"Ən sərt reaksiya İrandan verilib və bu, təsadüfi deyil. Birincisi, Tehran regional müstəvidə ən çox itirən tərəfdir. İkincisi, İran siyasi elitasında TRİPP layihəsi ilə bağlı ciddi fikir ayrılığı var və mühafizəkarların ritorikasındakı sərtlik həm də Pezeşkian qanadını “susdurmağa” yönəlib. İranın prosesdə itirən tərəf olması qaçılmaz görünür.

- Cənubi Qafqaza girişi böyük ölçüdə bağlanan İranın regional oyunçu kimi hərəkət traektoriyası məhdudlaşır;

- Azərbaycanla əldə olunan “Araz dəhlizi” prioritet olmaqdan çıxır: Bakı qonşuluq münasibətlərinə və “alternativ yol”un saxlanılmasına görə bu dəhlizin işləməsinə qarşı deyil, Əliyev də “Əl-Ərəbiyyə”yə müsahibəsində bununla bağlı müsbət mesajlar verdi, lakin hər şey Tehranın münasibətindən asılı olacaq;

- İranın rentabelli olmasa da, regional siyasətdə alternativ kimi təqdim etdiyi və Avropa bazarına müstəqil çıxış kimi gördüyü Fars körfəzi-Qara dəniz marşrutu aktuallığını itirir: bundan sonra Tehranın bu marşrut xəttində Bakıdan asılılığı daha çox gücləndi, Əliyev yenə həmin müsahibəsində Fars körfəzinə çıxışın Zəngəzurdan keçdiyini xüsusilə vurğulayırdı;

- Və ən əsası Tehranın “qırmızı xətti”nin qarşısında artıq Azərbaycan yox, 12 günlük müharibədə İranı bombalayan Tramp Administrasiyası var”.

Siyasi ekspert vurğulayıb ki, İranın yeganə çıxış yolu proseslərə müdaxilə cəhdlərindən əl çəkmək və regional əməkdaşlıq müstəvisində hərəkət etməkdir:

“Tehranda bunu anlayanlar var, prezident Məsud Pezeşkianın Zəngəzur dəhlizi ilə bağlı dedikləri bunun təsdiqidir. Onun “məsələ xəbərlərdəki kimi şişirdilmiş deyil və bizdə olan məlumata görə, İranın ərazi bütövlüyü ilə bağlı tələbləri yerinə yetirilib” sözləri isə İran daxilində Zəngəzur dəhlizi ilə bağlı anlaşmaya “od püskürən” mühafizəkar qanada ünvanlanıb. Pezeşkian reallığı qəbul etmək və mövcud vəziyyətə adekvat davranmaq siyasətini təklif edir, lakin mühafizəkarların mövqeyi - Xameneinin müşavirləri və SEPAH rəsmiləri - fərqli və sərtdir”.

A.Nərimanlı qeyd edib ki, İran iki istiqamətdə hərəkət edə bilər:

“1. Ermənistanla münasibətləri sıxlaşdırmağa, bölgədə maraqlarını İrəvan üzərindən təmin etməyə və sərhədlərində mövqelənən ABŞ təhlükəsini minumuma endirməyə çalışacaq;

2. Rusiyanın onunla eyni cəbhədə birləşməsinə, dəhlizə qarşı birlikdə hərəkət etməsinə nail olmağa çalışacaq;

Hazırda birinci xətti Pezeşkian qanadı, ikincini isə mühafizəkarlar izləyir və bu, həm də hər iki tərəfin və onların izlədiyi siyasətin Xameneinin nəzarətində olduğu deməkdir.

Rusiya ritorik müstəvidə İranla analoji mövqe sərgiləsə də, Tehrandan fərqli olaraq, təsir rıçaqlarını hələ tam itirməyib. Moskvanın “ümidləri” qalır:

- Ermənistanda 102-ci baza da daxil olmaqla qalan təsir imkanları ilə regional oyunda mövcudluğunu saxlaya biləcəklərini düşünürlər: İran və Türkiyə sərhədində hələ də rus hərbçiləri qalır;

- ABŞ-ın Ermənistana (Cənubi Qafqaza) gəlişi qarşılığında Ukrayna masasında güzəşt/“barter” əldə etmək imkanını dəyərləndirirlər;

- Moskva regional kommunikasiyaların birləşəcəyi kontinental dəhlizlərlə (Şimal-Cənub nəqliyyat layihəsi) birləşməsi imkanlarını xeyrinə çevirməyi də nəzərdən keçirir”.

Politoloq Rusiyanın da Zəngəzur dəhlizinə qarşı hərəkət planının olduğunu bildirib:

“1. Ermənistanda və regional tranzit xətlərindəki təsir imkanlarından istifadə etməklə mövqelərini qorumağa çalışacaq;

2. ABŞ-ın Zəngəzur dəhlizi üzərindən Orta dəhlizdə mövqelənməsi və Çinə qarşı əlini gücləndirməsi amilindən siyasi bazarlıq - həm regional kommunikasiyadan pay almaq, həm də Ukrayna məsələsində güzəşt üçün istifadə edə bilər: bu detalın Alyaska görüşündə müzakirə edildiyi istisna edilməməlidir;

Çin Vaşinqton razılaşmasına səssiz münasibət sərgiləsə də, TRİPP layihəsinin ABŞ-ın Orta dəhlizdə - “Bir kəmər, bir yol” üzərində mövqe qazanmaq gedişi olduğunu Pekində anlayırlar. Eyni planın icrasına Bayden də çalışırdı: Ceyms Obraynın Bakı və İrəvana gətirdiyi layihə Mərkəzi Asiyadan Avropaya uzanan marşruta nəzarət etmək və Çini uzaqlaşdırmağı nəzərdə tutsa da, keçmiş administrasiyanın Ermənistanı dəstəkləməklə “yanlış ata” oynaması nəticə əldə etmələrinə imkan vermədi; Trampın uğur əldə etməsinin əsas səbəbi isə Bakı ilə mövqelərini yaxınlaşdırması oldu”.

Asif Nərimanlı qeyd edib ki, ABŞ-nin Orta dəhlizdə mövqelənməsi Çin üçün arzuolunmazdır, amma Pekin birbaşa müdaxilədən çəkinəcək və yalnız ehtiyatlı əks-həmlələr göstərəcək:

“Birincisi, Mərkəzi Asiyada ABŞ-nin güclənməsinə qarşı gedişlər edə, Cənubi Qafqazda itirdikləri Orta dəhlizin “birinci habı”nda qorumağa çalışa bilər;

İkincisi, Azərbaycan və Ermənistanla iqtisadi-siyasi əməkdaşlığı dərinləşdirməklə ABŞ qarşısında əlini gücləndirmək gedişi edə bilər;

Üçüncüsü, Zəngəzur dəhlizinin tranzit imkanlarının zəifləməsi, ən azı bölünməsinə zəmin yaradacağını hesab edən Gürcüstanda mövqelərini gücləndirmək xəttini izləyə bilər;

Maraqlar Zəngəzur dəhlizində geosiyasi toqquşma riskləri yaradır, lakin Vaşinqton anlaşmasından kənarda qalan oyunçuların prosesə müdaxilə imkanlarının güclü olmadığı da ortadadır".

Lalə,

Bakupost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Sentyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see393

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see218

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see185

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see170

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see168

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see162

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see155

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see126

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri