Icma.az
close
up
RU
Tramp Zelenski Avropa görüşü: İsti idi, amma yanmadı...

Tramp Zelenski Avropa görüşü: İsti idi, amma yanmadı...

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderləri ilə keçirdiyi görüş dünya mediasında geniş müzakirə olunub.

Modern.az xəbər verir ki, "Politico", "Le Monde", "Bloomberg", CNN və digər aparıcı nəşrlər bu hadisəni Qərb alyansının gələcəyi üçün mühüm sınaq kimi dəyərləndiriblər.

Fərqli baxışlara baxmayaraq, əsas nəticə odur ki, transatlantik birliyin möhkəmliyi hələ də qorunur.

CNN görüşü “Avropanın Putinə cavabı” kimi təqdim edib. Nəşrə görə, Putin Aļyaskadakı görüşündə Qərbi parçalamağa çalışmışdı, amma Avropa və ABŞ liderlərinin Ağ Evdə bir araya gəlməsi bunun əksinə - güclü birlik mesajı oldu. Jurnalistlər bunu İkinci Dünya müharibəsindən sonrakı müttəfiqlərin tarixi toplantılarına bənzədiblər.

Britaniyanın "The Independent" nəşri isə daha sərt mövqe sərgiləyib. Qəzet Zelenskinin “çox çətin vəziyyətdə qaldığını” yazıb. Trampın jest və zarafatlarının Ukrayna Prezidentini narahat etdiyi vurğulanıb. Xüsusilə, Zelenski döyüş şəraitində seçkilərin keçirilməsinin çətinliyini izah edərkən Trampın gülərək “Deməli, müharibə olsa, seçkilər ləğv olunur?” sözləri Qərb mediasında böyük rezonans doğurub.

Fransanın "Le Monde" qəzeti diqqəti başqa məqama yönəldib: “Bu görüş göstərdi ki, ABŞ Rusiyasız heç bir razılaşma əldə edə bilməz. Amma eyni zamanda, Ukraynanı və Avropa liderlərini prosesdən kənar saxlamaq da mümkün deyil”. Nəşr yazır ki, görüş Zelenski-Putin birbaşa görüşünün hazırlığı kontekstində baş tutur.

ABŞ-ın "Bloomberg" agentliyi isə tonun əvvəlki dövrlərə nisbətən yumşaldığını qeyd edib. Qeyd olunur ki, fevral ayında Zelenskinin Vaşinqton səfəri Trampın sərt sözləri və ABŞ yardımının müvəqqəti dayandırılması ilə nəticələnmişdi. Bu dəfə isə münasibətlər daha müsbət olub, tərəflər bir-birini açıq tərifləyiblər. Agentlik yazır ki, bu Zelenski üçün mühüm diplomatik uğurdur.

"Politico" görüşü ən uğurlu hadisələrdən biri kimi qiymətləndirib: “Transatlantik alyans ciddi sınaqdan çıxdı və hələ də güclüdür”. Jurnal yazır ki, Tramp ilk dəfə açıq şəkildə Ukraynaya təhlükəsizlik zəmanətləri vermək ideyasından danışıb. Bu, bəziləri üçün dönüş nöqtəsi sayılsa da, hələ də detalları və icrası bəlli deyil. ABŞ-ın birbaşa hərbi qoşun göndərməsi ehtimalı isə çox azdır.

Britaniyanın "The Guardian" qəzeti isə görüşün nəticəsini belə ifadə edib: “İsti idi, amma yanmadı”. Qəzet yazır ki, Zelenski görüşdən “sağ-salamat” çıxa bildi. Yəni nə böyük diplomatik böhran yaşandı, nə də Ukrayna “sülhə mane olan tərəf” kimi göstərildi. London nəşri qeyd edir ki, tərəflər razılaşmasalar da, ən azı birliyi qorumaq və Moskvanın təşəbbüsünü ələ keçirməsinə imkan verməmək üçün ortaq mesaj verdilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Avqust 2025 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri