Tramp Zelenskidən qurtulmaq istəyir Səbəb şəxsidir
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Trampın Ukraynada prezident seçkilərinin keçirilməsinin zəruriliyi ilə bağlı açıqlamaları onun Volodimir Zelenskidən qurtulmaq istədiyini göstərir.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı mənbələrə istinadən yazır.
“Tramp, görünür, heç vaxt sevmədiyi və çətin adam hesab etdiyi Zelenskidən yaxa qurtarmaq istəyir”, - mənbə qeyd edir. “Bu, seçkilərdən yox, Zelenskidən qurtulmaqdan gedir”,- o əlavə edib.
Jurnalın fikrincə, Ukrayna nəzəri olaraq Trampın Rusiya ilə sülh danışıqları təklifini rədd edərək döyüşü davam etdirə bilərdi, amma praktikada belə bir inkişaf Kiyevin vəziyyətinin sürətlə pisləşməsinə gətirib çıxaracaq. Nəşrin qeyd etdiyi kimi, Ukrayna Silahlı Qüvvələrinin əməliyyat səviyyəsində ciddi problemləri var və cəbhə bölgəsindəki bölmələr kəskin kadr çatışmazlığı ilə üzləşir və bəzi briqadaların sayı adi sayının üçdə birindən azına endirilib.
Jurnalın fikrincə, Trampın Ukraynaya çoxlu təsir rıçaqları var: “O, Rusiyaya qarşı sanksiyaları birtərəfli qaydada ləğv edə bilər və çox güman ki, Kiyevə hərbi yardımı azaldacaq və ya dayandıracaq. Bundan əlavə, Tramp ABŞ-dən kəşfiyyat məlumatlarının axınını dayandıra və Ukrayna Silahlı Qüvvələri üçün Ukrayna bölmələri arasında rabitənin əsasını təşkil edən “Starlink” peyk terminallarını sıradan çıxara bilər”.
Xəzər
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 Fevral 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















