Tramp Zelenskini Rusiya ilə sülh danışıqlarına məcbur etmək istəyir
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini Rusiya ilə danışıqlara başlamağa məcbur etmək niyyətindədir.
Redaktor.az bu barədə "Politico" nəşri Ağ Evin anonim rəsmisinə istinadən xəbər verir.
Məlumata görə, Tramp Zelenskinin Vaşinqton səfəri zamanı münaqişənin həlli üçün danışıqlara getməli olduğunu açıq şəkildə bildirib. Tramp administrasiyası Ukrayna liderini “yerkökü və çubuq” metodu ilə sülh danışıqlarına təşviq etməyə çalışır.
Eyni zamanda, mənbə Tramp və komandasında Ukrayna münaqişəsinin tezliklə həll edilə biləcəyinə inamın olduğunu vurğulayıb. Buna görə də Vaşinqton Zelenskini ritorikasını yumşaltmağa və danışıqlara açıq olmağa sövq etməyə çalışır.
Qeyd edək ki, bundan əvvəl Ağ Ev ABŞ-nin Ukraynaya bütün hərbi yardımını dayandırdığını elan etmişdi. Tramp müdafiə naziri Pit Heqsetə Kiyevin sülh danışıqlarına sadiqliyini nümayiş etdirməyincə tədarükləri dayandırmağı əmr edib.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 04 Mart 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















