Trampa bənzədiyinə görə kəsmədilər Foto
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Banqladeş hakimiyyəti zahirən ABŞ Prezidenti Donald Trampa bənzəyən öküzün kəsilməsinə icazə verməyib.
“Qafqazinfo” “Sky News”a istinadən xəbər verir ki, 700 kq ağırlığında nadir albinos öküz Qurban bayramında kəsilmək üçün fermerdən satın alınıb.
Lakin heyvanın fotoşəkilləri sosial şəbəkələrdə sürətlə yayılaraq qızğın müzakirələrə səbəb olub. ABŞ liderinə bənzəyən heyvanı görmək istəyənlər fermaya axışmağa başlayıb ki, nəticədə öküzün saxlanıldığı yerin yanında böyük izdiham yaranıb.
Sonda məsələyə müdaxilə edən Banqladeş Daxili İşlər Nazirliyi (DİN) “təhlükəsizlik məqsədilə və ictimaiyyətin qeyri-adi marağını nəzərə alaraq” öküzün kəsilməməsi barədə qərar qəbul edib.
Belə ki, “Donald Tramp” ləqəbi verilmiş heyvanın sahibinə kompensasiya ödənilib və o, zooparka yerləşdirilib.





Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 28 May 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















