Icma.az
close
up
RU
Trampa “sağ ol” deyək, amma İlham Əliyevin əzmini, DTX nın fədakarlığını da unutmayaq...

Trampa “sağ ol” deyək, amma İlham Əliyevin əzmini, DTX nın fədakarlığını da unutmayaq...

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Cari ilin 8 avqust tarixində ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması ilə bu müqavilənin şərtlərinə əsasən “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”adlanan Zəngəzur dəhlizinin açılması yolundakı siyasi-diplomatik əngəllər də ortadan qaldırılmış oldu. Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması İlham Əliyevin diplomatik müstəvidə əldə etdiyi tarixi uğur oldu və Zəngəzur dəhlizinin açılması da bu böyük uğurun tərkib hissəsi kimi tarixə əbədi həkk olundu.

Maraqlıdır ki, ABŞ prezidenti Donald Trampın iştirakı ilə Vaşinqton görüşünün keçirilməsi, sülh mətninin Vaşinqtonda paraflanması və Trampın dəstəyi ilə Zəngəzur dəhlizinin açılması məsələsinin qətiləşməsindən sonra, bu dəhlizin açılmasının bəzi qüvvələr tərəfindən bilavasitə ABŞ rəhbərliyinin adı ilə əlaqələndirilməsi cəhdləri müşahidə edilməkdədir. Halbuki, prosesləri bilavasitə Trampın adı ilə bağlamaq, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin bu məsələdəki tarixi xidmətlərini kölgədə qoymaq yolverilməzdir. Bu, hər şeydən önzə Azərbaycan diplomatiyasına, milli maraqlarımıza və apardığımız tarixi mübarizə yoluna xəyanət deməkdir.

Zəngəzur dəhlizinin açılmasının səbəbkarı Prezident İlham Əliyev, onun dəmir iradəsidir

Düzdür, Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin qətiləşməsində, məsələnin konkret formatının razılaşdırılmasında Trampın əməyi olub. Bu gün də ABŞ Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycan və Ermənistanın gördüyü işlərlə tanış olur, məlum layihənin qısa zamanda gerçəkləşməsi üçün öz səylərini dvam etdirir. Lakin Zəngəzur dəhlizinin açılmasının səbəbkarı Prezident İlham Əliyev, onun dəmir iradəsidir.

Xatırladaq ki, dövlət başçısı 44 günlük Vətən müharibəsindən qısa müddət sonra Zəngəzur dəhlizinin hökmən və hökmən açılacağını bəyan etmiş, Ermənistanın nə deməyindən asılı olmayaraq, Azərbaycanın bu məqsədə çatacağını inamla vurğulamışdır. Cari ilin 8 avqust tarixndə məlum məsələnin Vaşinqton görüşündə öz qəti həllini tapması Azərbaycan Prezidentinin nə qədər uzaqgörən və qətiyyətli olduğunu bir daha sübut etdi. İlham Əliyev Azərbaycanın milli maraqları baxımından həyati əhəmiyyət kəsb edən bu problemi ABŞ-ın iştirakı və zəmanəti altında qəti şəkildə həll etdi.

Təhlükəsiz dəhliz və DTX-nın tarixi fədakarlığı...

Zəngəzur dəhlizinin açılmasında Azərbaycanın tarixi xidmətlərindən biri də, dəhlizin ölkəmizdən keçən hissəsinin təhlükəsizliyinin bilavasitə Azərbaycandan, ölkəmizin xüsusi xidmət orqanlarının peşəkarlığından asılı olması faktıdır. Qeyd edək ki, 14 noyabr 2025-ci il tarixində Xankəndidə keçirilən “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev bununla bağlı maraqlı nüanslara toxunub. Xidmət rəisi bildiirb ki, bəzi destruktiv dairələr Zəngəzur dəhlizinin reallaşmasına mane olmağa çalışır. General Əli Nağıyev beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsiz fəaliyyətinin təminatında, onların beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, qaçaqmalçılıq və sair mənfi təzahürlü hallardan qorunmasında xüsusi xidmət orqanlarının rolundan bəhs edib, bu rolun əhəmiyyətinə toxunub.

DTX rəisinin açıqlamasından da göründüyü kimi, Prezident İlham Əliyevin diqqət və qayğısı altında öz gücünü, peşəkarlığını sürətlə artıran Azərbaycanın xüsusi xidmət orqanları təhlükəsizliklə bağlı bütün nüansları diqqətdə saxlamaqda, təhlükəsizlyiyin təminatını yüksək səviyyədə həyata keçirməkdədir. Bu, DTX-nın Azərbaycan xalqı qarşısındakı çoxsaylı tarixi xidmətlkərindən biri kimi təqdirəlayiqdir və cəmiyyət tərəfindən də böyük məmnunluqla qarşılanır.

Bir sözlə, bütün bu mülahizələrin ümumiləşməsi göstərir ki, biz Zəngəzur dəhlizinin açılmasına verdiyi dəstəyə görə Trampa “sağ ol” deməli, amma Prezident İlham Əliyevin mübarizə əzmini, iradəsini, həmçinin, DTX-nın fədakar xidmətini də unutmamalı, bütün varlığımızla alqışlamalıyıq.

Seymur ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Noyabr 2025 03:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri