Trampa sui qəsd araşdırması ABŞ Gizli Xidmətinə qədər uzandı
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
2024-cü il iyulun 13-də Donald Trampa qarşı törədilən sui-qəsd cəhdinə dair aparılan istintaq çərçivəsində ABŞ Gizli Xidmətinin 6 əməkdaşının müvəqqəti olaraq vəzifədən kənarlaşdırıldığı bildirilib.
Qaynarinfo xəbər verir ki, Gizli Xidmətin köməkçi direktoru Metyu Kuinn, məsələ ilə bağlı verdiyi açıqlamada həm nəzarətçi mövqedə olan, həm də sahədə fəaliyyət göstərən 6 əməkdaşın 10 ilə 42 gün arasında işdən uzaqlaşdırıldığını bildirib. Onun sözlərinə görə, bu şəxslər araşdırma müddətində əmək haqqı və sosial təminatlardan yararlana bilməyəcəklər.
"CBS News" kanalının yaydığı məlumata əsasən, Gizli Xidmət rəhbərliyi bu hadisəni "əməliyyat xətası" kimi dəyərləndirib. Metyu Kuinn bu cür təhlükəli vəziyyətlərin təkrarlanmaması üçün tədbirlərin görüldüyünü vurğulayıb.
13 iyul 2024-cü il tarixində Pensilvaniya ştatının Batler bölgəsində seçki mitinqində tərəfdarlarına müraciət edən Tramp kürsüdə çıxış etdiyi anda silahlı hücuma məruz qalmışdı. Hücum nəticəsində mitinqə qatılan bir nəfər həyatını itirmiş, iki nəfər yaralanmışdı. Gizli Xidmət hücumçunun hadisə yerində zərərsizləşdirildiyini açıqlamışdı.
Federal Təhqiqat Bürosu (FBI) bu hücumu sui-qəsd cəhdi kimi təsnif etmiş və araşdırmaların nəticəsində hücumu törədən şəxsin 20 yaşlı Tomas Metyu Kruz olduğunu bildirmişdi. Kruz hadisə yerində öldürülmüşdü.
Hadisədən sonra ABŞ Gizli Xidməti ciddi tənqidlərə məruz qalmış qurum "mühafizədə zəiflik və rabitə çatışmazlığı" ilə günahlandırılmışdı.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 10 İyul 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















