Icma.az
close
up
RU
Trampa “yaşıl işıq” yandırıldı

Trampa “yaşıl işıq” yandırıldı

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, San-Fransiskodakı 9-cu Dairə Apellyasiya Məhkəməsinin üç hakimdən ibarət heyəti federal hakim Çarlz Breyerin iyunun 12-də çıxardığı qərarının dayandırılması müddətini uzadıb. Həmin qərarda Breyer Milli Qvardiyanın federal komandanlığın nəzarətinə verilməsinin qeyri-qanuni olduğu barədə verdikt çıxarıb.
“Truth Social” şəbəkəsində San-Fransiskodakı 9-cu Dairə Apellyasiya Məhkəməsinin qərarını şərh edən Donald Tramp bu qərarı “böyük qələbə” adlandırıb və Milli Qvardiyanın cəlb olunmasını “prezidentin əsas səlahiyyəti” kimi qiymətləndirib.
Xatırladaq ki, Los-Ancelesdə Tramp administrasiyasının immiqrasiya reydləri ilə bağlı etirazlar və iğtişaşlar fonunda ABŞ prezidenti iyunun 7-də Kaliforniya Milli Qvardiyasına nəzarəti öz əlinə keçirərək, ştatın qubernatoru Qevin Nyusomun iradəsinin əleyhinə 4000 əsgər göndərdi. Tramp, həmçinin Loc-Ancelesə 700 dəniz piyadasının daxil olması əmrini verib.
Tramp niyə Los-Ancelesə Milli Qvardiyanı göndərib? | VİDEO Los-Ancelesdə bir həftədən çox davam edən etirazlar sonradan səngiməyə başladı və şəhərin meri Karen Bass daha əvvəl komendant saatını ləğv etdi. İyunun 9-da Kaliforniya ştatı və qubernator Qevin Nyusom Trampı, Pentaqonu və Müdafiə naziri Pit Heqseti məhkəməyə verdi.
İddiada Trampın Milli Qvardiya və Dəniz piyadalarını yerləşdirməsinin ştatın suverenliyini və hüquq-mühafizə orqanlarına hərbi müdaxiləyə qadağa qoyan federal qanunları pozduğu bildirilirdi.
“Etirazlar, yerli hüquq-mühafizə orqanlarının hərbçilər olmadan da öhdəsindən gələ biləcəyi sporadik zorakılıqla yadda qalıb”, - iddiada deyilir.
Öz qərarını doğru adlandıran Tramp jurnalistlərə bildirib ki, qoşunlar yerləşdirilməsəydi, şəhər “yanıb kül olardı”. ABŞ prezidenti Kaliforniya və Los-Anceles rəhbərliyini etirazlar zamanı zorakılıqla mübarizə üçün kifayət qədər səy göstərməməkdə günahlandırıb və qubernatorun həbs oluna biləcəyini istisna etməyib.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 İyun 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see450

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see338

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see256

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see247

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see237

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see230

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see220

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see218

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see204

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see197

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see197

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see196

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see196

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see191

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see190

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see187

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see160

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see160

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri