Icma.az
close
up
RU
Trampdan 12 ölkə ilə bağlı ŞOK QƏRAR

Trampdan 12 ölkə ilə bağlı ŞOK QƏRAR

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Əfqanıstan, Myanma, Çad, Konqo, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-a girişi qadağan edilib.

Yenisabah.az xəbər verir ki, Ağ Evdən verilən məlumata görə, müvafiq sərəncam ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanıb.

Məlumatda bildirilir ki, bu ölkələr yoxlama və təhlil baxımından qeyri-effektiv sayılır və Amerika Birləşmiş Ştatları üçün yüksək risk daşıyır.

Birləşmiş Ştatlar üçün yüksək risk daşıyan daha yeddi ölkənin, Toqo, Türkmənistan, Burundi, Kuba, Laos, Syerra-Leone və Venesuela vətəndaşlarına qismən giriş qadağası qoyulub.

Məlumatda qeyd olunur ki, sərəncam daimi qanuni sakinlər, mövcud vizalara sahib şəxslər, müəyyən viza kateqoriyaları və ABŞ-ın milli maraqlarına uyğun olan şəxslər üçün istisnalar nəzərdə tutur.

Sərəncamın imzalanması münasibətilə yayımladığı videomüraciətdə Donald Tramp bildirib ki, viza üçün müraciət edən şəxslərin düzgün yoxlanılması mümkün olmayan ölkələrdən ABŞ-a gələn əcnəbilər, eləcə də ABŞ-da vizası bitmiş halda yaşayan şəxslər ölkə üçün təhlükə yaradır.

“XXI əsrdə biz bir çox terror aktlarının şahidi olduq ki, bunlar vizası keçmiş, təhlükəli ölkələrdən gəlmiş əcnəbilər tərəfindən törədilib”, — deyə Tramp qeyd edib.

Tramp əlavə edib ki, yeni prezidentlik müddətinin ilk günündə dövlət katibinə bu baxımdan ABŞ üçün ən böyük təhlükə törədən regionların müəyyənləşdirilməsini və məhdudiyyətlərin tətbiq olunmasını tapşırıb.

ABŞ lideri onu da əlavə edib ki, qara siyahı vaxtaşırı yenilənəcək. Əgər bəzi ölkələrdə vəziyyət yaxşılaşarsa, məhdudiyyətlər yumşaldılacaq, əks halda, siyahıya yeni ölkələr də əlavə edilə bilər.

Qeyd edək ki, Tramp ilk prezidentlik dövründə də bəzi ölkələrin vətəndaşlarına ABŞ-a girişə məhdudiyyətlər qoyub. O zaman siyahıya doqquz ölkə — Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela və Yəmən daxil edilib. Bu sərəncam daha sonra onun xələfi Co Bayden tərəfindən prezidentliyinin ilk günündə ləğv olunub./Musavat.com


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 İyun 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri