Trampdan ağlasığmaz kobud səhv: Türklər və kürdlər birbirinə nifrət edirlər VİDEO
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp prezident Ərdoğanla görüşündə Türkiyənin Suriyadakı kürd qüvvələrinə qarşı mümkün əməliyyatının qarşısını aldığını bildirib. Tramp: “Ərdoğan mənim dostumdur, ondan kürdlərə hücum etməməsini istədim və o, razılaşdı. Türklər və kürdlər bir-birinə nifrət edirlər. Bu sülh uzun müddət davam edə bilməz”, – deyə əlavə edib.
Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, yanvarın 20-də prezident kürsüsünə keçməyə hazırlaşan Tramp: “Ərdoğanla danışdım və ondan kürdlərə hücum etməməsini xahiş etdim. Kürdlər və Türkiyə təbii düşməndir və bir-birlərinə nifrət edirlər. O, məni sevdiyi üçün qəbul etdi, amma bu barışın nə qədər davam edəcəyini bilmirəm”,- deyə bildirdi.
Prezident Rəcəb Tayyib Ərdoğanı tərif edən Tramp ikitərəfli əlaqələrin güclü olduğunu vurğulayıb:
“Prezident Ərdoğan mənim dostumdur. Sevdiyim və hörmət etdiyim insan. Düşünürəm ki, o da mənə hörmət edir” – deyən Tramp Ərdoğandan Suriyadakı kürdlərin arxasınca getməməsini istədiyini və xahişinin yerinə yetirildiyini bildirib.
Tramp: “Ərdoğan (kürdlərə) qarşı getmədi. Keçmişdə də bunu etməmişdi. Əslində başlamışdı, ancaq mən dedim ki, lütfən, bunu etmə. O da etmədi”, – deyə qeyd edib.
ABŞ-nin Suriyadakı hərbi varlığına səssiz qalmağa üstünlük verən Tramp jurnalistlərə: “Bu məsələ ilə bağlı şərh verə bilmərəm, çünki bu, hərbi strategiyanın bir hissəsidir. Lakin bu vəziyyət Türkiyəni narahat edir”, – bildirib.
Daha sonra Türkiyənin uzun müddətdir müxtəlif yollarla Suriyaya qarışdığını deyən Tramp:” “Türkiyə 2 min ildir ki, fərqli adlar altında və müxtəlif yollarla o ölkənin arxasında”,- deyə qeyd edib.
Tramp Suriyadakı mövcud vəziyyəti qiymətləndirərkən Türkiyənin Suriyanın şimalında fəal olduğunu eyham edərək: “Suriyada baş verənlərə baxsanız, Rusiya zəiflədi, İran zəiflədi. Ərdoğan çox ağıllı adamdır. O, öz adamlarını ora müxtəlif üsullarla və müxtəlif adlarla göndərdi. Onlar Suriyaya daxil olub oranı ələ keçirdilər”.
Günel Həsənova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 08 Yanvar 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















