Icma.az
close
up
RU
Trampdan Ankara səfirliyinə namizəd: Livan əsilli milyonçu BƏƏ adından lobbiçilik etməkdə ittiham olunub KONKRET

Trampdan Ankara səfirliyinə namizəd: Livan əsilli milyonçu BƏƏ adından lobbiçilik etməkdə ittiham olunub KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Ağ Evə qayıtmaq üçün günləri sayan Donald Tramp ABŞ-ın Ankaradakı yeni səfiri vəzifəsinə yaxın dostu Tom Barakın namizədliyini irəli sürəcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Tom 30 il ərzində qlobal özəl kapital firmasını uğurla idarə edib. O, həm siyasətdə, həm də biznesdə geniş spektrli rəy liderləri arasında hörmətli, təcrübəli və ağlabatan şəxsiyyət kimi tanınır.

Qeyd edək ki, Barak 2021-ci ildə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) adından qaydalara zidd olaraq lobbiçilik etdiyi iddiası ilə həbs edilib.

Həmin vaxt 250 milyon dollar girov ödəyərək həbsxanaya düşməkdən yayınan maliyyəçi 2022-ci ildə ittihamlardan bəraət alıb.

O, BƏƏ adından lobbiçilik etməkdə, lakin bu barədə səlahiyyətlilərə məlumat verməməkdə ittiham edilib.

Prokurorlar Barakın BƏƏ-nin “gözü, qulağı və səsi” olduğunu və onun əlaqələrindən istifadə edərək BƏƏ-nin maraqları naminə rəsmilərə və mediaya təsir göstərməyə çalışdığını iddia edib.

Barak isə altı həftəlik məhkəmə prosesində heç vaxt səhv bir şey etmədiyini bildirib.

Yeri gəlmişkən, Barak 2016-cı il seçkilərində Trampın seçki kampaniyası üzrə məsləhətçilərindən biri olub.

Los-Ancelesə mühacirət etmiş livanlı valideynlərin nəvəsi olan maliyyəçi ərəb dilində mükəmməl danışır. Barak 2013-cü ildə Forbes jurnalının milyarderlər siyahısında sonuncu olub.

2021-ci ildə jurnal Barakın sərvətini 600 milyon dollardan az hesablayıb.

Barak ailəlidir və 4 övladı var.

Günel Mikayılova,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Dekabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri