Icma.az
close
up
RU
Trampdan Bakı ilə bağlı tarixi qərar Əliyevlə görüşü olacaq?

Trampdan Bakı ilə bağlı tarixi qərar Əliyevlə görüşü olacaq?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsin 2025-ci il mayın 29-da Azərbaycana etdiyi rəsmi səfərin arxasında ciddi geosiyasi və strateji mesajlar dayanır. Bu səfər Azərbaycan–ABŞ münasibətlərində yeni bir mərhələnin başlanğıcı ola bilər.

Stiv Deyns 1984-cü ildən ABŞ-ın hakim Respublikaçılar Partiyasının üzvüdür. O, 2012-ci ildə Nümayəndələr Palatasına, 2014-cü ildə isə Senata seçilib. Bundan əvvəl isə ABŞ-ın aparıcı texnologiya şirkətlərində çalışıb. Ən mühüm cəhətlərindən biri isə onun ABŞ Prezidenti Donald Trampa yaxınlığıdır. 2023-cü ildə Tramp prezidentliyə namizədliyini irəli sürdükdən dərhal sonra onu açıq şəkildə dəstəkləyən ilk konqres üzvlərindən biri də məhz Stiv Deyns olmuşdu. Bu faktın özü belə onun səfərinin sadəcə rəsmi görüşlər çərçivəsində məhdudlaşmadığını, Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni istiqamətlər axtardığını göstərir.

Ümumiyyətlə, Trampın yenidən üzünü Cənubi Qafqaza çevirəcəyi gözlənilən idi. Onun əvvəlki prezidentlik dövründə enerji təhlükəsizliyi, İranın regional təsirinin məhdudlaşdırılması, İsrail–Azərbaycan münasibətləri və Çinə qarşı iqtisadi mübarizə əsas prioritetlər sırasında idi. Bu aspektlərin hər birində Azərbaycan, coğrafi mövqeyi və strateji resursları baxımından ABŞ üçün mühüm tərəfdaş hesab olunur.

Hazırda isə regional gündəmin əsas məsələsi Azərbaycan-Ermənistan danışıqları və mümkün sülh sazişinin imzalanmasıdır. Stiv Deynsin səfəri, bu prosesi birbaşa regionda müşahidə etmək və ilk mənbədən qiymətləndirmə aparmaq məqsədi daşıya bilər. Vaşinqton bu sülh prosesində hansı formada iştirak edəcəyini müəyyən etməyə çalışır və bu qərar ABŞ-ın regiondakı maraqlarını necə qoruyacağı ilə sıx bağlıdır.

Deynsin xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirdiyi görüşlər isə əməkdaşlığın yalnız siyasi deyil, həm də iqtisadi sahələri əhatə etdiyini ortaya qoyur. Xüsusilə enerji, texnologiya, ticarət və investisiya sahələrində ABŞ–Azərbaycan əməkdaşlığının inkişaf etdirilməsi Vaşinqton üçün vacib prioritetlərdəndir.

Azərbaycan da öz növbəsində ABŞ-la əlaqələrin dərinləşdirilməsində maraqlıdır. Lakin bu maraqla yanaşı, müəyyən ehtiyatlılıq da müşahidə olunur. İki ölkə arasında zaman-zaman formalaşan etimad problemi tam aradan qalxmayıb. Bu etimadı bərpa etmək üçün isə konkret və real addımlar atılmalıdır. Bu kontekstdə ABŞ-ın 1992-ci ildə qəbul etdiyi “907-ci düzəliş”in ləğvi və ya icrasının dayandırılması məsələsi önə çıxır.

Məlum olduğu kimi 907-ci düzəliş ABŞ-ın Azərbaycana birbaşa yardım göstərməsini məhdudlaşdıran hüquqi normadır. Bu düzəliş artıq müasir geosiyasi reallıqlarla uzlaşmır və Vaşinqtonun Azərbaycana etibarlı strateji tərəfdaş kimi yanaşmasına əngəl yaradır. Prezidentin müəyyən şərtlər daxilində bu düzəlişin tətbiqini dayandırmaq hüququ olsa da, tam ləğv edilməsi, münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçidini sürətləndirə bilər. Son zamanlar bəzi ABŞ senatorları bu düzəlişin ləğvini və ya dondurulmasını gündəmə gətiriblər ki, bu da müəyyən pozitiv siqnalların olduğunu göstərir.

Nəhayət, Donald Tramp ilə Prezident İlham Əliyev arasında birbaşa görüş ehtimalı kifayət qədər real görünür. Bu görüşün baş tutması, iki ölkə arasında strateji, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsinə, həmçinin regiondakı mühüm məsələlərin birbaşa müzakirəsinə imkan yaradacaq. Bu görüş Vaşinqtonun Azərbaycanla əlaqələrə verdiyi strateji dəyərin göstəricisi ola bilər.

Stiv Deynsin Bakıya səfəri, nəticə etibarilə ABŞ-ın regionda daha aktiv rol oynamağa hazır olduğunu, Azərbaycanla münasibətləri prioritetləşdirdiyini və Vaşinqtonun gələcək Cənubi Qafqaz siyasətində Bakının mərkəzi yer tutacağını nümayiş etdirir. Bu səfəri politoloji təhlil prizmasından dəyərləndirsək, deyə bilərik ki, bu, sadəcə bir səfər deyil, ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin başlanğıcıdır.

Turan Rzayev
Globalinfo.az-ın siaysət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 May 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri