Trampdan Baydenə göndərmə FOTO
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Ağ Evin Qərb Qanadında yeni “Prezident keçidi” layihəsini təqdim edib.
Qızıl çərçivələrdə keçmiş prezidentlərin portretlərinin nümayiş etdirildiyi dəhlizdə diqqətçəkən detal Co Baydenlə bağlı olub. Belə ki, Baydenin portreti üçün nəzərdə tutulmuş çərçivədə keçmiş prezidentin şəkli əvəzinə “avtomatik imza cihazı”nın fotosu yerləşdirilib.
Tramp daha əvvəl də Baydenin qərarvermə proseslərində idrak qabiliyyətinin zəiflədiyini və bir çox rəsmi sənədlərin onun tərəfindən deyil, avtomatik imza qurğusu ilə imzalandığını iddia etmişdi. Bu dəfə həmin iddianı Ağ Evdəki sərgidə simvolik addımla nümayiş etdirib.
Dəyişiklik Trampın köməkçisi Marko Martin tərəfindən "X" sosial şəbəkəsində paylaşılıb. Kadrlarda Ronald Reyqan, Bill Klinton kimi keçmiş prezidentlərin portretləri görünür, Baydenin yerində isə avtomatik imza cihazının təsviri əks olunub.
"AzPolitika.info"

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 25 Sentyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















