Icma.az
close
up
RU
Trampdan BBC yə 10 milyardlıq iddia

Trampdan BBC yə 10 milyardlıq iddia

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Böyük Britaniyanın “BBC” yayım korporasiyasına qarşı federal məhkəmədə iddia qaldırıb.

Gununsesi.info xəbər verir ki, Tramp qurumu böhtan yaymaqda ittiham edir.

“BBC” Trampın 5 milyard dollar təzminat tələb etdiyini yazsa da, The Guardian və Associated Press nəşrləri iddianın 10 milyard dollar məbləğində olduğunu bildirib.

İddia ərizəsində qeyd olunur ki, 2024-cü il prezident seçkilərinə bir həftə qalmış efirə gedən “Panorama” sənədli proqramında — “Tramp: ikinci şans” filmində — 6 yanvar 2021-ci ildə Ağ Evin yaxınlığında keçirilən çıxış montaj yolu ilə elə təqdim olunub ki, Trampın Konqresə hücuma çağırış etdiyi təəssüratı yaranıb. Trampın iddiasına görə, müəlliflər onun “sonadək mübarizə aparın” ifadəsini saxlayıb, ardınca dediyi “Kapitola dinc və vətənpərvər şəkildə gedərək səsinizi ucaldın” cümləsini isə ixtisar ediblər.

Qeyd edilir ki, “BBC” daha əvvəl bu materialın təqdimatında “mülahizə xətası” baş verdiyini açıqlayıb və nəticədə auditoriyanın Trampın zorakı hərəkətlərə birbaşa çağırış etdiyi qənaətinə gəldiyini etiraf edib. Məlumata görə, bu səbəbdən korporasiyada iki yüksək vəzifəli rəhbər istefa verib və Trampdan üzr istənilib. “BBC”nin vəkili isə bildirib ki, yayım korporasiyasının “heç kimi qəsdən aldatmaq niyyəti olmayıb”.

Sənədli proqram ABŞ-da yayımlanmasa da, Tramp iddianı Mayami şəhərindəki federal məhkəməyə təqdim edib. Bildirilir ki, məhkəmədə üstünlük qazanmaq üçün Tramp “BBC”nin auditoriyanı bilərəkdən aldatdığını və ya məsuliyyətsiz davranaraq yanlış məlumat yaydığını sübut etməlidir.

Qeyd edək ki, son iki il ərzində Donald Tramp bir sıra ABŞ media qurumlarına qarşı oxşar iddialar qaldırıb. “CBS” və “ABC” ilə məhkəmədənkənar razılaşmalar əldə olunsa da, The Wall Street Journal və The New York Times ilə məhkəmə çəkişmələrinin davam etdiyi bildirilir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Dekabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see409

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see352

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see247

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see236

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see212

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see211

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see209

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see207

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see203

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see197

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see185

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see184

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see181

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see174

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see172

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see168

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see166

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see165

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see164

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri