TRAMPDAN DÜNYANI ŞOKA SALAN ÇAĞIRŞ: Tehrandakı hər kəs dərhal təxliyə edilməlidir Nə baş verir?
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
“İran onlara imza atmağı dediyim Sazişi imzalamalı idi. Sadə dillə desək, İran nüvə silahına sahib ola bilməz".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Tramp dedyib.
O, hazırda davam edən İsrail-İran arasındakı qarşılıqlı hücumda yaşanan itkilərə təəssüflənməklə yanaşı, Tehrana daha ağır zərbə vurulacağının anonsunu verib: “Dediyim kimi, İran söylədiyim müqaviləni imzalamalı idi. Çox təəssüf və bu, böyük insan itkisinə səbəb olur. İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm, Tehrandakı hər kəs dərhal təxliyə edilməlidir".
Onu da qeyd edək ki, hazırda G7 Liderlər Zirvəsi üçün Kanadada olan Tramp oradan da Tehran rejiminə sərt mesaj verib: “İranda nüvə silahı görmək istəmirəm və bunun baş verməsi üçün lazımi addımları atırıq"
CNN-ə danışan Ağ Ev rəsmisi Trampın “Tehrandakı hər kəs dərhal təxliyə edilməlidir” açıqlamasına belə izah verib: "Trampın bəyanatı İranın masaya gəlmək ehtiyacına hesablanıb".
ABŞ mediası isə Trampın bu bəyanatla ABŞ ordusnun İrana qarşı savaşa müdaxilə edəcəyinin anonsunu verdiyini yazır.
Amerikanın Fox News kanalının Ağ Ev rəsmisinə istinadən bildirib ki, Tramp Kanadan dönən kimi, bu axşam Ağ Evdə milli təhlükəsizlik komandası ilə müdaxilənin detallarını müzakirə edəcək.
Məsələyə Ağ Evdən hələlik heç bir izahat verilməyib.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 17 İyun 2025 08:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















