Icma.az
close
up
RU
Trampdan Əliyevə: Hörmətli cənab Prezident! Böyük şərəf duyuram!

Trampdan Əliyevə: Hörmətli cənab Prezident! Böyük şərəf duyuram!

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Globalinfo.az bildirir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sizi – Azərbaycan Respublikasının Prezidentini Yaxın Şərqdə sülhü möhkəmləndirmək üçün, eyni zamanda, qlobal münaqişənin həll olunmasına yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə mühüm əhəmiyyət daşıyan tarixi və möhtəşəm səyimizə qoşulmağa dəvət etməkdən böyük şərəf duyuram.

Mən 2025-ci il sentyabrın 29-da Qəzza münaqişəsinə son qoymaq üçün əhatəli plan elan etdim. Bu, Ərəb dünyası, İsrail və Avropa da daxil olmaqla, bütün dünya liderləri və əsas dövlət başçıları tərəfindən sürətlə qəbul edilən 20 bəndlik fövqəladə yol xəritəsidir. Həmin planın davamı olaraq, noyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 2803 saylı qətnaməni böyük səs çoxluğu ilə qəbul edərək, bu baxışı alqışladı və dəstəklədi.

İndi isə artıq bütün bu xəyalları reallığa çevirməyin vaxtıdır. Planın mərkəzində indiyədək formalaşdırılmış ən təsirli və ən nəticəyönlü Sülh Şurası dayanır. Bu Şura yeni beynəlxalq təşkilat və Keçid İdarəetmə Administrasiyası kimi təsis ediləcək.

Bizim səylərimiz nümunə göstərməyə hazır olan, yeni nəsillər üçün təhlükəsiz və çiçəklənən gələcəyə parlaq şəkildə sərmayə yatıranlara nəsib olan bir şərəfi – daimi sülhün qurulması kimi nəcib məsuliyyəti çiyinlərinə götürmək istəyən seçilmiş ölkələr qrupunu bir araya gətirəcəkdir. Yaxın gələcəkdə əksəriyyəti yüksək hörmətə sahib dünya liderləri olan möhtəşəm və etibarlı tərəfdaşlarımızı bir araya gətirəcəyik.

Şuranın Sədri kimi, Azərbaycan Respublikasını təsisçi üzv dövlət qismində qoşulmağa və Sizin təmsilçiliyinizlə Sülh Şurasının Nizamnaməsinə tərəf olmağa rəsmi şəkildə dəvət edirəm. Bu Şura bənzərsiz bir qurum olacaq – indiyədək buna oxşar heç bir qurum mövcud olmayıb! Hər bir üzv dövlət onun adından iclaslarda iştirak etmək və təmsil olunmaq üçün səlahiyyətli nümayəndə təyin edə bilər. Əlavədə əhatəli plan və hazırda imzalanma və ratifikasiya üçün açıq olan Şuranın Nizamnaməsi təqdim olunur.

Gələcək illərdə dünyada dayanıqlı sülhün, rifahın və hamı üçün qüdrətin bərqərar olunması məqsədi naminə Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm”.

Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində Donald Trampa məktub ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycan Respublikasını dəvət etdiyiniz məktuba görə Sizə minnətdaram.

Bu dəvəti Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edirəm.

Azərbaycan Respublikası Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq.

İnanıram ki, Sülh Şurası səmərəli beynəlxalq təşkilat olub, öz missiyasını uğurla yerinə yetirəcək.

Sizin müdrik liderliyinizə və sülh quruculuğu səylərinizə səmimi təqdirimi qəbul edin. Sizə Sülh Şurasının Sədri vəzifənizdə uğurlar arzu edirəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Yanvar 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri