Trampdan ən yaxın müttəfiqinə kinayəli atmacalar “Ağlıma gəlməzdi”
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatlardan sonra Vaşinqton ilə London arasındakı münasibətlərin zəiflədiyini bildirib.
Bakupost.az xəbər verir ki, Tramp Britaniya mətbuatına açıqlamasında ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi zərbələr əsnasında Böyük Britaniya ilə əlaqələrin əvvəlki səviyyədə olmadığını deyib.
Trampın sözlərinə görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer ilkin mərhələdə ABŞ-nin İran əməliyyatlarında Britaniya hərbi bazalarından istifadəyə icazə verməyib və bu, münasibətlərdə qırılma nöqtəsi olub.
“İngiltərə ilə münasibətlərimiz digər ölkələrlə müqayisədə ən möhkəm idi. İndi Avropadakı başqa ölkələrlə də çox güclü əlaqələrimiz var. Britaniya ilə münasibətlərimizin artıq əvvəlki kimi olmaması çox üzücüdür”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, Starmerin Vaşinqtona ilkin mərhələdə dəstək verməməsi onu təəccübləndirib. “Bunu İngiltərədən görəcəyim heç vaxt ağlıma gəlməzdi. Biz İngiltərəni sevirik”, – deyə o bildirib.
Tramp qeyd edib ki, sonradan Britaniya müəyyən şərtlərlə hərbi bazalardan istifadəyə razılıq verib, lakin bu qərarın gec qəbul edildiyini düşünür.
Müşahidəçilər hesab edirlər ki, İran ətrafında yaranmış gərginlik ABŞ–Böyük Britaniya münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər və tərəflər arasında strateji koordinasiyanın gələcək istiqaməti diqqətlə izləniləcək.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Ağlıma gəlməzdi ki, bu günləri görərəm VİDEO
30 İyun 2026 17:07
Kayl Spens: “Yolumuzun Azərbaycandan keçəcəyi ağlıma gəlməzdi” MÜSAHİBƏ
14 Avqust 2025 10:09
Milli Qəhrəmanın atası: “Ağlıma gəlməzdi ki, məni aldadarlar”
18 Yanvar 2025 10:52
“Ağlıma gəlməzdi ki, məni aldadarlar” Milli Qəhrəmanın ATASI
18 Yanvar 2025 10:48
“Ağdamın ilk məzunu olmaq ağlıma belə gəlməzdi” Foto
13 İyun 2026 13:48
Baxış sayı:105
Bu xəbər 03 Mart 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















