Trampdan “Ford” və “General Motors”la bağlı AÇIQLAMA
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-ın iri avtomobil istehsalçıları olan “Ford” və “General Motors” yaxın gələcəkdə müdafiə sənayesi üçün hərbi təyinatlı məhsulların istehsalına qoşula bilər.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə media nümayəndələri ilə görüşü zamanı danışıb.
Onun sözlərinə görə, iyunun 24-də ölkənin aparıcı silah istehsalçıları ilə görüş keçirməsi nəzərdə tutulur.
Tramp qeyd edib ki, hazırda ölkə üzrə yeni istehsal müəssisələrinin yaradılması istiqamətində işlər aparılır və bu çərçivədə “Ford” və “General Motors” ilə müzakirələr davam edir.
ABŞ lideri bildirib ki, xüsusilə “General Motors” müdafiə məhsullarının istehsalına maraq göstərir və şirkətin fəaliyyət istiqamətini dəyişdirə biləcək bir neçə zavodu mövcuddur.
Onun sözlərinə görə, gələcəkdə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər, “Tomahawk” qanadlı raketləri və digər silah növlərinin istehsalının artırılması planlaşdırılır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 23 İyun 2026 09:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















