Trampdan gözlənilməz addım: “Bir sent də qəbul etməyəcəm
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tramp ABŞ prezidentinin maaşından və pensiyasından imtina edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.
O, prezidentlik maaşından ildə 400 min dollar almayacağını və ömürlük pensiyasından imtina edəcəyini bildirib.
“Bir sent də qəbul etməyəcəm. Bu, mənim dövlət xərclərinin azaldılmasına töhfəmdir”, – deyə Tramp vurğulayıb.
O, ilk səlahiyyət müddətində də prezidentin maaşından imtina edərək, vəsaitləri xeyriyyəçilik və müxtəlif proqramlara, o cümlədən milli parkların qorunmasına yönəldib.
Telekanalın məlumatına görə, Tramp Corc Vaşinqtondan sonra işinə görə maaş almayan ilk ABŞ prezidenti ola bilər.
Bu cür addımlara baxmayaraq, Tramp ABŞ-ın ən zəngin adamlarından biri olaraq qalır. “Forbes”in məlumatına görə, onun sərvəti 2,3 milyard dollar qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 11 Dekabr 2024 00:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















