Icma.az
close
up
RU
Trampdan gözlənilməz BƏYANAT Müharibə bir həftəyə bitir?

Trampdan gözlənilməz BƏYANAT Müharibə bir həftəyə bitir?

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər həm ABŞ, həm də İran tərəfindən müharibənin yaxın günlərdə bitəcəyilə bağlı müxtəlif açıqlamalar verilir.
İki gün öncə ABŞ Prezidenti Donald Tramp hədəf üçün daha heç nəyin qalmadığını əsas gətirməklə, müharibənin tezliklə bitəcəyinin anonsunu verib. 
 

MÖVZU İLƏ BAĞLI:
Tramp Hörmüz boğazı ilə bağlı planlarını AÇIQLADI - FOTO


Tehran da son günlər prosesə eyni yanaşma tərzi sərgiləyir. Belə ki, İran Silahlı Qüvvələrinin baş komandanının köməkçisi və baş müşaviri Rəhim Səfəvi hərbi qarşıdurmanın martın 21-də qeyd olunan Novruz bayramına qədər başa çata biləcəyini bildirib.
Onun sözlərinə görə, rəqib tərəflər uzunmüddətli müharibəni davam etdirmək gücünə malik deyil və əməliyyatların indiki templə davam etməsi münaqişənin qısa müddətdə yekunlaşmasına səbəb ola bilər.
Bir sözlə, artıq münaqişə tərəflərindən hər ikisi savaşın tezliklə bitəcəyindən danışır. 
Görəsən bu, necə və hansı şərtlərlə mümkün ola bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, mövcud situasiyada tərəflərdən heç biri məqsədlərinə çatmayıb:
“ABŞ Prezidenti Donald Tramp İranın artıq məğlub edildiyini deyir. Bu əsasda da yaxın günlərdə müharibənin bitəcəyini bəyan edib. Ancaq prosesi diqqətlə izləyənlər bilir ki, İranın nüvə proqramı və ballistik raketlərilə bağlı məsələ hələlik öz həllini tapmayıb və həll olunma ehtimalı da yoxdur. Ona görə də Vaşinqtonun öz məqsədinə nail olduğunu söyləmək qeyri-mümkündür. İran da öz növbəsində ABŞ-a sarsıdıcı zərbələr vuracağını bildirib. Amma onun da elan etdiyinin icra olunduğunu söyləmək olmaz. 1200-dən artıq İran vətəndaşı öldürüldü. Şəhərlər dağıdıldı. Bu şəraitdə İran özünü qalib elan edə bilməz. 
Belə görünür, yaxın günlərdə hərbi əməliyyatlar dayandırılacaq və hər iki tərəf özünü qalib elan edəcək.
Özünü qalib elan etmək praktikası son illərin müharibələri üçün  xarakterik bir haldır. Əslində isə nə İran, nə də ABŞ qalib sayıla bilməz”. 
Rüfət Sultan, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Mart 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri