Icma.az
close
up
RU
Trampdan heyrətamiz taktika: Rusiyanı məcburetmə əməliyyatı başlayır

Trampdan heyrətamiz taktika: Rusiyanı məcburetmə əməliyyatı başlayır

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda mühüm siyasi proseslər cərəyan edəcək. Belə ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqı liderləri ilə danışıqlar aparacaq. Ekspertlər bu görüşü Ukrayna müharibəsinin yekunlaşması üçün keçirilən ən genişmiqyaslı danışıqlar kimi xarakterizə edirlər.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, bu gün Vaşinqtonda keçiriləcək Tramp–Zelenski görüşü Ukrayna müharibəsi ilə bağlı yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir:

“Görüşün əhəmiyyətini artıran əsas məqam ondan ibarətdir ki, Zelenskiyə yalnız ABŞ-ın deyil, həm də Avropa liderlərinin dəstəyinin müşayiət olunması gözlənilir. Bu, prosesin təkcə ikitərəfli yox, daha geniş – Qərbin kollektiv siyasi iradəsini ifadə edən formatda aparıldığını göstərir.

Müzakirələrin nəticəsi kimi ABŞ prezidentinin Rusiya və xüsusilə Putinlə bağlı mövqeyində kəskin dəyişiklik gözlənilmir. Tramp administrasiyasının siyasəti bir tərəfdən Moskva ilə dialoq kanallarını açıq saxlamaq, digər tərəfdən isə sərt sanksiya və təzyiq imkanlarını gündəmdə saxlamaq üzərində qurulub. Yəni Vaşinqton üçün prioritet müharibəni dayandırmaq, amma bunu Ukraynanın ərazi bütövlüyünü qurban vermədən etməkdir”.

Züriyə Qarayeva

Politoloq qeyd edib ki, Tramp Avropanı vahid mövqeyə gətirməyi bacarıb:

“Avropa dövlətləri əvvəllər Ukrayna böhranında bir-birindən fərqli yanaşmalar sərgiləyirdilər, indi ABŞ-la birgə Putinə qarşı daha sıx koordinasiya olunmuş cəbhə formalaşdırmaq zərurətini qəbul edirlər. Başqa sözlə, Avropa liderləri Vaşinqtona Trampa qarşı deyil, əksinə, onun vasitəçiliyi ilə Rusiyaya qarşı birgə mövqe nümayiş etdirmək üçün gedirlər.

Beləliklə, bu gün keçiriləcək görüşdə əsas hədəf Ukrayna üçün vahid Qərb dəstəyini nümayiş etdirmək və Moskvanı danışıqlara məcbur etməkdir. Əgər proses uğurlu alınarsa, ABŞ-ın diplomatik mövqeyi güclənəcək və Avropa da daha koordinasiyalı şəkildə Ukraynanın yanında dayanacaq. Nəticədə Trampın bu görüşdən ən böyük qazancı yalnız Kiyevin deyil, həm də Avropa paytaxtlarının dəstəyini vahid platformada toplamaq olacaq”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Avqust 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri