Trampdan ikibaşlı mesaj: İsrail bölgədə çox balaca əraziyə sahibdir Qəzzada atəşkəsə zəmanət yoxdur
Mia.az saytına istinadən Icma.az xəbər verir.
"Qəzzada atəşkəsin davam edəcəyinə zəmanət yoxdur"
Mia.az xarici mətbuata isinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Tramp Oval Ofisində jurnalistlərə deyib.
Tramp Qəzzada atəşkəsin davam edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib: “Bunun davam edəcəyinə dair heç bir əminliyim yoxdur. Üstəlik, atəşkəs razılaşmasının da uzun sürəcəyinə zəmanətimiz yoxdur. Əlbəttə, bu gün bunları Vaşinqtona səfərə gələcək İsrailin baş naziri Binyamin Netanyahu ilə müzakirə edəcəyəm".
ABŞ prezidenti İsrailin Şərqi Qüds və işğal altındakı İordan çayının qərb sahilindəki əməliyyatları və bölgəni İsrailin ilhaq edilib-edilməyəcəyi ilə bağlı sualına isə ikibaşlı cavab verib: "İndidən bu haqda danışmaq istəmirəm. Ancaq İsrail Yaxın Şərqdə çox kiçik bir torpaq sahəsinə sahibdir...".
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 04 Fevral 2025 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















