Trampdan İrana inanılmaz təklif Tehran rədd etdi, Əraqçiyə tapşırıq verildi
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp üçüncü bir ölkə vasitəsilə İrana mesaj göndərib.
Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin deputatı Seyif Mahmud Nəbəvian deyib.
O bildirib ki, Ağ Ev rəhbəri ölkə daxilində iki hədəfə zərbə endirməyə “icazə” verilməsi təklif edib.
Nəbəvianın sözlərinə görə, Tehran bu mesaja qəti cavab verib:
“Biz dedik ki, ən kiçik bir səhv etsəniz belə, 3–4 min itki verəcəksiniz!”.
Millət vəkili qeyd edib ki, ölkənin xarici işlər nazirinə region dövlətlərinin xarici işlər nazirləri ilə əlaqə saxlamaq tapşırılıb.
Eyni zamanda rəsmi şəkildə xəbərdarlıq edilib ki, ABŞ-ın adı ilə əlaqəli olan və ya Amerikanın mövcud olduğu istənilən şirkətə və ya hərbi bazaya zərbə endiriləcək.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 08 Fevral 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















