Trampdan İrana xəbərdarlıq: Bütün hücumlara son cavab zərbəsi olacaq
Icma.az bildirir, Olke.az portalına istinadən.
ABŞ-ın sabiq prezidenti Donald Tramp İranı mümkün ağır nəticələrlə bağlı xəbərdar edib.
Ölkə.Az-ın məlumatına görə, o, "Truth Social" hesabında yazıb ki, Vaşinqton hazırda “daha ağıllı yeni rejimlə” hərbi əməliyyatların dayandırılması istiqamətində ciddi danışıqlar aparır və müəyyən irəliləyiş əldə olunub.
Bununla belə, Tramp qeyd edib ki, yaxın zamanda razılaşma əldə edilməzsə və Hörmüz boğazı açıq qalmazsa, ABŞ İranın enerji infrastrukturunu hədəfə ala bilər. Onun sözlərinə görə, bu halda elektrik stansiyaları, neft quyuları və digər strateji obyektlər məhv edilə bilər.
Tramp bildirib ki, bu addımlar İranın illər ərzində ABŞ-a qarşı həyata keçirdiyi hücumlara cavab kimi qiymətləndiriləcək.
Baxış sayı:117
Bu xəbər 30 Mart 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















