Trampdan İrana yeni hədə: Gələn həftə çox sərt zərbə endirəcəyik
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trump İranla davam edən müharibənin 14-cü günündə Tehrana qarşı yeni sərt bəyanat verib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o bildirib ki, ABŞ yaxın günlərdə İrana qarşı hərbi əməliyyatları daha da gücləndirə bilər. "Gələn həftə İranı çox sərt vuracağıq", - deyə Tramp vurğulayıb.
ABŞ lideri günün əvvəlində verdiyi başqa açıqlamada isə İran rəhbərliyini hədəfə alaraq daha sərt ifadələr işlədib və baş verəcək hadisələri izləməyi tövsiyə edib.
Analitiklər Trampın əvvəl "müharibənin sonuna yaxınlaşdıq" deməsinə baxmayaraq indi daha sərt danışmasını bir neçə səbəblə izah edirlər. Onların fikrincə, ilk növbədə Tehranda hakimiyyətin gözlənildiyi kimi zəifləməməsi bu mövqenin dəyişməsinə səbəb olub. Bundan əlavə, Iran tərəfi raket və pilotsuz aparatlarla əks-hücumlarını davam etdirir.
ABŞ münaqişənin qısa müddətdə başa çatmasını istədiyi halda, İsrail daha geniş siyasi nəticələr - o cümlədən rejim dəyişikliyi ehtimalını gündəmdə saxlayır.
Xatırladaq ki, İsrail və ABŞ fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə buna cavab olaraq regionda yerləşən ABŞ hərbi obyektlərinə və digər hədəflərə zərbələr endirib. İran rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində ölənlərin sayı 1300-dən çox, yaralıların sayı isə 17 min nəfəri ötüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 13 Mart 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















