Icma.az
close
up
RU
Trampdan Maska: Maraqlarımız toqquşarsa, mənim işlərimə qarışmayacaqsan!

Trampdan Maska: Maraqlarımız toqquşarsa, mənim işlərimə qarışmayacaqsan!

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp müşaviri və federal hökumət qurumlarına nəzarətdə əsas rol oynayan dünyanın ən zəngin adamı İlon Maskın şəxsi işi ilə dövlət işləri arasında “maraqlar toqquşması” yaranarsa, işlərə qarışmayacağını açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp amerikalı milyarder iş adamı və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri Mask ilə Fox News-da yayımlanan birgə müsahibədə iştirak edib.
Tramp qeyd edib ki, Mask federal hökuməti ixtisar etmək, lüzumsuz xərcləri aradan qaldırmaq və agentliklərin xərc yüklərini azaltmaq üçün böyük iş görüb.

Maskın çox ağıllı və yaradıcı bir düşüncə sahibi olduğunu açıqlayan Tramp, bu səbəbdən Mask ilə çalışdığını və indiyə qədər federal qurumlarla görülən işlərdən məmnun olduğunu vurğulayıb.
Bir neçə şirkətə sahib olan və federal agentliklərdən bir çox müqavilələr qazanan Maskın işi hökumətin işi ilə ziddiyyət təşkil edərsə, necə davranacağını soruşduqda Tramp, "O zaman bu işə qarışmayacaq. Onsuz da bunu istəməzdi" cavabını verib.

Mask bu məsələlərdə diqqətli olmağa çalışdığını da ifadə edərək, "Prezidentdən heç nə istəməmişəm. Əgər belə bir vəziyyət (maraqlar toqquşması) olarsa, özümü (o işlərdən) geri çəkəcəyəm" deyib.

Maskı "çox yaxşı insan" və "çox yaxşı vətənpərvər" olaraq xarakterizə edən Tramp, Maskın Teslaya mənfi təsir göstərə biləcək "elektrikli avtomobil subsidiyalarını" azaltma qərarına baxmayaraq, amerikalı milyarderin heç şikayətçi olmadığını və "bir yol tapacağını" bildirib.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Fevral 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see213

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see202

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see173

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see169

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see158

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see156

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see151

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see142

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see138

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see136

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see135

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see134

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see133

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see132

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see130

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see122

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri