Trampdan Maskın siyasi partiya yaratmasına reaksiya
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp sahibkar İlon Maskın siyasi partiya yaratmaq planlarını “gülünc” adlandırıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə iyulun 6-da jurnalistlərlə söhbətində danışıb.
Siyasətçinin sözlərinə görə, onun Respublikaçılar Partiyası böyük uğur əldə edib. O, əlavə edib ki, ABŞ həmişə iki partiyalı sistemə sahib olub.
“Düşünürəm ki, üçüncü partiyanın yaradılması çaşqınlığı daha da artıracaq”, - Amerika lideri bildirib.
Qeyd edək ki, bundan əvvəl Mask öz “X” səhifəsində səsvermədən sonra “Amerika” adlı siyasi partiyanın yaradıldığını elan edib. O, həddindən artıq xərclərin, həmçinin rüşvətxorluğun ABŞ-ni faktiki olaraq iflasa uğratdığını bildirib və ölkədə “demokratiya deyil, təkpartiyalı sistem” formalaşdığını qeyd edib.
Xatırladaq ki, siyasətçinin prezidentlik kampaniyası zamanı Tramp və Mask mehriban münasibətdə olub, lakin mayın sonunda iş adamı dövlət xidmətini tərk etdikdən sonra aralarında fikir ayrılığı yaranıb.
Buna səbəb, digər məsələlərlə yanaşı, vətəndaşlar üçün vergi güzəştlərini nəzərdə tutan “böyük və gözəl” qanun layihəsi olub.
İyunun 30-da isə Musk bildirib ki, qanun layihəsi qəbul olunarsa, ertəsi gün yeni partiya yaradılacaq.
Bu mövzuda digər xəbərlər:Maskın narkotik istifadə etməsinə Trampdan reaksiya
31 May 2025 13:21
ABŞ də Maskın partiya yaratmasına skeptik yanaşırlar VİDEO
18 İyul 2025 12:36
İlon Maskın Ağ Evdə kabineti olacaq? Trampdan REAKSİYA
26 Yanvar 2025 14:53
Trampdan Maskın onun kürsüsündə yer almasına REAKSİYA VİDEO
07 Fevral 2025 23:59
Trampdan Maskın geri çəkilməsi haqda Açıqlama
11 İyun 2025 23:26
Baxış sayı:90
Bu xəbər 07 İyul 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















