Trampdan Maskla bağlı sərt açıqlama: Subsidiyalar olmasaydı, Afrikaya qayıdardı
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp milyarder iş adamı İlon Maskla bağlı növbəti dəfə sərt fikirlər səsləndirib.
BAKU.WS xəbər verir ki, Tramp öz sosial media hesabında Maskın ona dəstək verməsindən əvvəl də elektrikli avtomobil məcburiyyətinə qarşı olduğunu xatırladıb:
"Elon Mask mənim bu məsələ ilə bağlı mövqeyimi çox yaxşı bilirdi. Elektrikli maşınlar pis deyil, amma heç kim buna məcbur edilməməlidir. Bu, mənim kampaniyamın əsas hissələrindən biri olub".
Tramp daha sonra Maskla bağlı daha sərt ifadələr işlədib:
"Elon tarixdə hər kəsdən daha çox subsidiyalar alıb. Əgər bu subsidiyalar olmasaydı, çoxdan "dükan"ı bağlayıb Cənubi Afrikadakı evinə qayıtmaq məcburiyyətində qalardı".
Hazırda Trampın paylaşımına Maskın cavabı gözlənilir. Onların münasibətində bir müddətdir gərginlik müşahidə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 01 İyul 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















