Trampdan Merilend ştatı ilə bağlı təklif: Tez bir zamanda cinayətkarlıqdan qurtulacağam
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Merilend ştatının qubernatoru Ves Mura cinayətlə mübarizə üçün ştata qoşun göndərməyi təklif edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Tramp lideri özünün "Truth" sosial səhifəsində yazıb.
"Əgər Ves Murun Kaliforniya qubernatoru Qevin Nyusomun Los-Ancelesdə olduğu kimi köməyə ehtiyacı varsa, mən qonşu Vaşinqtonda etdiyim kimi, ora da "qoşunlar" göndərəcəyəm və tez bir zamanda cinayətkarlıqdan qurtulacağam", - deyə o bildirib.
Tramp qeyd edib ki, Merilend ştatının Baltimor şəhəri qətllərin sayına görə ölkədə dördüncü yeri tutur.
Daha əvvəl "The Washington Post" öz mənbələrinə istinadən yazmışdı ki, ABŞ Müdafiə Nazirliyi şəhərdə asayişi qorumaq üçün Çikaqoya (İllinoys ştatı) bir neçə min əsgər göndərməyi planlaşdırır. Qəzetin yazdığına görə, analoji model gələcəkdə ölkənin digər iri şəhərlərində də tətbiq oluna bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:215
Bu xəbər 25 Avqust 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















