Icma.az
close
up
RU
Trampdan müjdə: Təbrizin istəmədiyi layihəni rədd etdi KONKRET

Trampdan müjdə: Təbrizin istəmədiyi layihəni rədd etdi KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran müharibəsində müzakirə edilən məsələlərdən biri postrejim dövründə ölkəyə kimin, hansı qüvvələrin rəhbərlik edəcəyidir. ABŞ-ın planı – rejimi tamamilə sıradan çıxarmaq və hakimiyyəti xalqa vermək istəyi fonunda da bu, xüsusilə aktuallaşıb. Tramp bəyan edib ki, İran xalqı hakimiyyəti götürməyə hazır olmalıdır. Hərçənd, xalqın içindən çıxan lider hələ də yoxdur, istər bir neçə il öncə baş verən hicab aksiyasında, istərsə bu ilin yanvar ayında dəhşətli qırğınlarla yadda qalan etirazlarda önə çıxan fiqur olmadı.

KONKRET.az xəbər verir ki, bu vəziyyət postrejim İranına kimin rəhbərlik edəcəyi məsələsində boşluq yaradıb. İranda hakimiyyətə qayıtmaq istəyən şahın oğlu Rza Pəhləvinin bu boşluqdan istifadə etməyə çalışdığı müşahidə edilir:

– bir tərəfdən İran daxilində azsaylı şahçılar vasitəsilə “xalq şahı istəyir” görüntüsü yaradır;

– digər tərəfdən İran xalqına çağırışlar edir, mühacirlərlə poz verir, mitinqlər keçirir…

Şahın oğlunun əsas hədəfi postrejim İranının idarəçiliyində ABŞ-ın dəstəyini qazanmaqdır. Vaşinqtonda Pəhləvinin namizədliyinə münasibət əvvəldən soyuq olub. Trampın son açıqlaması isə ABŞ-ın İranda Pəhləvi layihəsinin üzərindən xətt çəkməsi kimi qəbul oluna bilər.

Almaniya kansleri Fridrix Merzlə görüşdə Tramp jurnalistlərin Pəhləvinin hakimiyyətə gəlməsi ehtimalı haqa sualına cavabında bildirib: “Bəzi insanlar onu bəyənsələr də, administrasiya bu haqda çox düşünməyib. Ölkəsinin onun liderliyini qəbul edib-etməyəcəyini bilmirəm”.

ABŞ prezidenti əlavə edib ki, hakimiyyət dəyişikliyindən sonra İrana ölkə daxilində populyar olan mötədil bir şəxs rəhbərlik edə bilər.

Tramp postrejim İranına rəhbərlik edəcək şəxsin kimliyini konkretləşdirməsə də, potensial namizədlə bağlı açıq mesaj verib:

– Pəhləvinin İrana rəhbərlik etməsi ABŞ-ın planına daxil deyil;

– İranı ölkə daxilində xalqın dəstəklədiyi mötədil lider idarə edə bilər.

Vaşinqtonda anlayırlar ki, Pəhləvinin özü ətrafında yaratdığı “yeganə lider” əfsanəsi reallığa söykənmir. İran xalqı şahın zülmlərini unutmayıb, hazırda etiraz etdikləri mövcud rejimi də bu zülmdən xilas olmaq üçün gətirmişdi. Bununla yanaşı, İranın gələcəyində həlledici mövqeyə sahib olan azərbaycanlılar başda olmaqla müxtəlif etnik qruplar da Pəhləvinin, onunla birlikdə şah zülmünün qayıtmasını istəmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Mart 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri