Trampdan müsəlman liderlərinə gözlənilməz təklif
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreyn liderlərilə telefon danışığı zamanı ABŞ Prezidenti Donald Tramp İranla münaqişə bitdikdən sonra hələ də İbrahim Sazişlərinə qoşulmayanların İsraillə münasibətlərini normallaşdırmasını gözlədiyini bildirib.
Axar.az xəbər verir ki, bu barədə jurnalist Barak Ravid mənbələrə istinadla məlumat yayıb.
“İsraillə diplomatik münasibətləri olmayan Səudiyyə Ərəbistanı, Qətər və Pakistan liderləri bu gözləntidən çaşqınlıq içində olublar. Tramp bunu dedikdən sonra telefon xəttində sükut çöküb və o, zarafatla sözügedən liderlərin hələ də xəttdə olub-olmadığını soruşub”, - o bildirib.
Qeyd edək ki, İbrahim Sazişləri 2020-ci ildə İsrail, BƏƏ, Bəhreyn və Mərakeş arasında ABŞ-ın vasitəçiliyi ilə imzalanmış və Təl-Əvivlə ərəb ölkələri arasında diplomatik əlaqələrin qurulmasına yönəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 25 May 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















