Icma.az
close
up
RU
Trampdan Netanyahuya zəng: “Müharibə lazım deyil, İran artıq zəifləyib” KONKRET

Trampdan Netanyahuya zəng: “Müharibə lazım deyil, İran artıq zəifləyib” KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp İsraillə İran arasında atəşkəs elan olunmazdan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edərək, bütün hərbi əməliyyatları dayandırmağı tələb edib.

KONKRET.az xəbər verir ki, NBC News-un Ağ Evdəki yüksək vəzifəli mənbəyə istinadən verdiyi məlumata görə, Tramp bu zəng zamanı belə deyib:

“Daha heç bir müharibə, döyüş lazım deyil. İranlılar artıq kifayət qədər zəifləyiblər”

Bu zənglə paralel olaraq, ABŞ-ın Milli Təhlükəsizlik Komandası vasitəçilər üzərindən İrana da xəbərdarlıqlar göndərərək İsrailə qarşı hücumları dayandırmağı və atəşkəslə razılaşmağı tələb edib.

NBC xəbər verir ki, Tramp bu prosesə başlamazdan öncə Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə əlaqə saxlayıb, ondan Tehrana təzyiq göstərərək sülhə razılıq verməyə razı salmasını xahiş edib. Mənbəyə görə, Tramp hər iki tərəfi atəşkəsin vacibliyinə inandırmağı bacarıb.

Donald Tramp daha əvvəl elan etmişdi ki, İsrail və İran təxminən 6 saat içində atəşkəsi başlatmaq barədə tam razılığa gəliblər.
Onun sözlərinə görə, ilk olaraq İran atəşi dayandıracaq, 12 saat sonra İsrail atəşi dayandıracaq, 24-cü saatın sonunda isə “dünya 12 günlük müharibənin sonunu alqışlayacaq.

Beləliklə, atəşkəsin Bakı vaxtı ilə səhər saat 08:00-dan qüvvəyə minəcəyi bildirilib.

Bu açıqlama, Birləşmiş Ştatların diplomatik səylərinin və Trampın birbaşa şəxsi müdaxiləsinin münaqişənin qarşısını almaqda mühüm rol oynadığını göstərir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 İyun 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see259

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see168

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see167

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see164

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see164

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see144

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see143

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see136

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see135

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see135

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see134

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see133

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see132

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see129

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see126

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see125

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see119

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see116

Ronaldo dubla imza ataraq Əl Nəsr ə Ər Riyad ı darmadağın etməkdə kömək edib

21 Sentyabr 2025 02:08see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri