Icma.az
close
up
RU
Trampdan Paşinyana AĞIR ZƏRBƏ Ermənistan xaos dönəminə QƏDƏM QOYUR

Trampdan Paşinyana AĞIR ZƏRBƏ Ermənistan xaos dönəminə QƏDƏM QOYUR

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Trampın prezidentlik vəzifəsinə başlamasından sonra ABŞ və Rusiya arasında yaranan dialoq sanksiyaların ləğvi məsələsini də gündəmə gətirib. Artıq Qərb KİV-lərində bununla bağlı məlumatlar da dərc olunur.
Ən böyük zərbə Ermənistana dəyəcək...
Qeyd edək ki, ötən dövrdə bəzi ölkələr Rusiyaya yönəlik sanksiyalardan istifadə edərək öz iqtisadiyyatlarının müəyyən qədər artmasına nail olub. Belə ölkələrdən biri də Ermənistandır.
Ukrayna müharibəsi və bu fonda Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan istifadə edən Ermənistan “qara bazar”a çevirib.
Bu müddət ərzində Ermənistan bir sıra hallarda Rusiyaya sanksiyalardan yan keçməkdə yardımçı olub. Yəni son illər Ermənistan iqtisadiyyatındakı artım heç də daxili imkanlar hesabına əldə edilən artım deyil. Əksinə, ölkədə baş verən bu artım sırf Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməsinin nəticəsidir.

MÖVZU İLƏ BAĞLI:
Tramp: “Rusiyaya təzyiq edə bilərik, ümid edirəm ki, buna ehtiyac olmayacaq” - VİDEO


Amma indi sanksiyaların götürülməsi məsələsi gündəmə gəlir. Ən azından Tramp adminstrasiyası bu barədə danışmağa başlayıb. Rusiyaya yönəlik sanksiyaların götürülməsi isə Ermənistanı birmənalı şəkildə bu dövrdə “qara bazardan” əldə etdiyi xeyli gəlirdən məhrum edəcək.

Ermənistan iqtisadiyyatını nə gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov qeyd edir ki, Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması bu vaxta qədər ondan yararlanan Ermənistan iqtisadiyyatını yenidən ağır duruma salacaq:
“Postpandemiya dövründə bir çox ölkələrin idxal-ixrac əməliyyatlarında müəyyən çətinliklər yaşandığı bir zamanda Ermənistan idxal, ixracatında isə qəfləti artımlar baş verdi. İqtisadi terminologiyada buna reyesport deyilir. Ermənistan öz ərazisini Rusiya sanksiyalardan yayınmaq üçün bir növ açıq zona elan edir. Yəni Rusiya bir çox hallarda məhz Ermənistan vasitəsilə sanksiyalardan yayına bilib. Beləcə, Ermənistan mövcud vəziyyətdən istifadə edərək, özü üçün müvəqqəti saxta tranzit məkanı yaradıb. Nəticədə Ermənistan vasitəsilə Rusiyaya sanksiyalara düşmüş kifayət qədər məhsul daşınır. Bu da öz növbəsində Ermənistanın iqtisadi göstəricilərinə müsbət təsir edirdi”.
Ekspert deyir ki, hazırda dəyişməkdə olan beynəlxalq vəziyyətdən Ermənistan uduzmuş halda çıxacaq:
“İndi isə vəziyyət dəyişir. ABŞ-da artıq Rusiyaya qarşı sanksiyaların götürülməsi məsələsi gündəmə gətirilir. Bu isə o deməkdir ki, sanksiyalar götürüləcəyi təqdirdə, iflic vəziyyətdə olan Ermənistan iqtisadiyyatı daha ağır günə düşəcək. Çünki bu halda Rusiyaya artıq sanksiyalardan yayınmağa ehtiyac qalmayacaq. Nəticədə Ermənistan artıq Rusiyaya sanksiyalardan yayınmağa kömək edən ölkə statusunu da itirəcək. Bu da öz növbəsində Ermənistan iqtisadiyyatının daha da kiçilməsinə səbəb olacaq. Belədə, ölkə böhranla üz-üzə qalacaq”.
Rüfət Sultan, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Mart 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri