Icma.az
close
up
RU
Trampdan qaçmaq istəyənlər bir avroya ev almaq üçün növbəyə durublar

Trampdan qaçmaq istəyənlər bir avroya ev almaq üçün növbəyə durublar

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İtaliyanın Sardiniya adasındakı Ollolay şəhərinin meri Françesko Kolumbu Donald Trampın yenidən prezident seçilməsindən sonra minlərlə amerikalının qəsəbədə 1 avroya satılan evlərə böyük maraq göstərdiyini açıqlayıb. Kolumbu şəhərin azalan əhalisini canlandırmaq üçün bu təşəbbüsə başladıqlarını bildirdi.

Bizimyol.info xəbər verir ki, Ollolay Bələdiyyəsi layihə üçün müraciətlərin digər millətlərdən də qəbul edilə biləcəyini, lakin amerikalıların müraciətləri prioritet olaraq qiymətləndiriləcəyini bildirib.

Qəsəbənin veb-saytı amerikalılara “Avropaya qaçışınızı möhtəşəm Sardiniya cənnətində planlaşdırın” adlı xüsusi müraciətlə təbliğ olunub.

Kolumbu müraciətlər açıqlandıqdan sonra bir gün ərzində 30 min müraciət aldıqlarını və sayta 156 min baxış olduğunu bildirib. Sardiniyanın Barbagia bölgəsində yerləşən Ollolay əhalisi getdikcə azalan dağlıq zonada yerləşən şəhərdir. Şəhərin təxminən 1150 nəfərlik əhalisi əsasən yaşlı insanlardan ibarətdir. Kolumbu layihə ilə məqsədlərinin ABŞ-ın daxili siyasi məsələlərinə qarışmaq olmadığını, investisiya və məşğulluq yaratmaq istədiklərini bildirib.

Qəsəbə 2018-ci ildə başlatdığı “1 Avroya ev” təşəbbüsü ilə diqqət çəkib. O vaxtlar çoxlu alıcılar bu uçuq-sökük evləri alıb təmir etdirsələr də, bu evlərdə daimi məskunlaşanların sayı məhdud idi.

Ollolay xüsusi olaraq uzaqdan işləyən mütəxəssisləri cəlb etmək üçün yeni bir təşəbbüs başlatdı. Müvafiq olaraq, rəqəmsal köçərilərə üç seçim təklif olunur: pulsuz yaşayış, təmirə ehtiyacı olan 1 avro evlər və ya yaşamağa yararlı evlər (100 min avroya qədər). Bundan əlavə, satınalma prosesinə rəhbərlik etmək üçün ekspert qrupları yaradılacaq.

Keçmişdə şəhərin "Ollolaydan İş" layihəsi ilə 10 amerikalı mütəxəssis ayda cəmi 1 avro ödəməklə buraya köçmüşdü. Mer ümid edir ki, yeni təşəbbüs uzaqdan işləyə bilən daha çox insanı şəhərə cəlb edəcək.

Kolumbu vurğulayıb ki, təşəbbüs Ollolay əhalisini cavanlaşdırmaq və yerli əhalinin həyatını yaxşılaşdırmaq məqsədi daşıyır. O, Sardiniyanın təbii gözəllikləri, günəşi, mədəniyyəti və "mavi zona" statusu ilə uzun ömür üstünlüklərini təqdim etdiyini bildirib.

O, zarafatla Trampın sərmayə qoymaq istəsə, müsbət qarşılanacağını desə də, bunun planın məqsədinə zidd olacağını bəyan edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Noyabr 2024 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri