Icma.az
close
up
RU
Trampdan qalmaqallı AÇIQLAMA: “Putin Ukraynadan qazandığı ərazini alacaq”

Trampdan qalmaqallı AÇIQLAMA: “Putin Ukraynadan qazandığı ərazini alacaq”

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp növbəti dəfə Ukrayna müharibəsi barədə qalmaqallı açıqlama verib.
Bizim.Media xəbər verir ki, o, “Fox News” telekanalına müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə münaqişə nəticəsində müəyyən əraziləri əldə edəcək və bu, “qaçılmaz reallıqdır”.
Trampın sözlərinə görə, hazırkı müharibənin sonu “masa arxasında yox, artıq döyüş meydanında müəyyənləşib”:
 

“Münaqişə Kiyevin müəyyən əraziləri itirməsi ilə başa çatacaq. Putin, əlbəttə ki, nəsə götürəcək — axı onlar döyüşüblər, o torpaqlarda müharibə aparıblar. Bu, onun qazandığı ərazidir.”


ABŞ prezidenti əlavə edib ki, o, müharibənin “mümkün ən tez zamanda” bitməsi üçün çalışır və məqsədi Ukraynaya sonsuz maliyyə axınını dayandırmaqdır. Tramp bəyan edib:
“Biz milyardlarla dollar xərcləyirik, amma nəticə yoxdur. Ukrayna ordusu tükənib, Rusiya isə irəliləyir. Əgər indi dayanmasaq, daha çox insan öləcək.”
 

Trampın bu açıqlaması, onun uzun müddətdir müdafiə etdiyi “sülh müqabilində ərazi güzəşti” mövqeyini bir daha təsdiqləyir.


Xatırladaq ki, bir neçə gün öncə The Washington Post nəşri Tramp və Putin arasında gizli telefon danışığının baş tutduğunu yazmışdı.
Mənbələrə görə, həmin söhbət zamanı Putin “münaqişəyə son qoymaq üçün” Ukraynanın Donetsk vilayətinə tam nəzarətdən imtina etməsini tələb edib. Eyni zamanda Rusiya lideri Xerson və Zaporojye vilayətlərində “müəyyən güzəştlərin nəzəri imkanlarını” istisna etməyib.
Trampın son bəyanatı ABŞ Konqresində və Avropa paytaxtlarında tənqidlə qarşılanıb.
 

Demokrat senatorlar onun bu açıqlamasını “Putinə güzəştin legitimləşdirilməsi” kimi qiymətləndiriblər. Avropa Parlamentinin bir sıra üzvləri isə Trampın sözlərini “Ukraynanın suverenliyinə təhdid” adlandırıblar.


Musavat.com qeyd edir ki, Tramp “müharibəni dayandırmaq” ifadəsi ilə əslində Ukraynanın ərazi bütövlüyü məsələsində güzəştə getməyə hazır olduğunu göstərir. Amma görünən budir ki, Ukraynanın özü buna hazır deyil. (Musavat.com)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Oktyabr 2025 02:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri