Trampdan qalmaqallı paylaşım: Tezliklə hamı başa düşəcək FOTO
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın son paylaşımı gündəm olub.
Globalinfo.az xəbər verir ki, o, “Truth” sosial şəbəkəsində özünün fotosunu yayımlayıb.
Ağ Ev rəhbərinin qeydi diqqət çəkib.
“Dünya tezliklə başa düşəcək. Gələcəkləri heç nə dayandıra bilməz”, – deyə şəkildə yazılıb.
Görüntüdə Trampın əlləri yuxarı qaldırılmış vəziyyətdə və sol ovucunda Q+ işarəsi görünüb.
Bunun sui-qəsd nəzəriyyəçiləri və QAnon tərəfdarları tərəfindən istifadə olunduğu qeyd edilib.
Məlumata görə, Trampın ilk prezidentlik dövründə yaranan QAnon hərəkatının izləyiciləri düşünürlər ki, Birləşmiş Ştatlar və dünya Demokratlar Partiyasının liderlərinin də daxil olduğu gizli və güclü pedofil təşkilatı tərəfindən idarə olunur.
“Onlar əmindirlər ki, Tramp dərin dövlətdə düşmənlərə qarşı gizli mübarizə aparır və yaxın gələcəkdə ondan qətiyyətli addımlar gözləyir”, – deyə dünya mediasının paylaşımlarında vurğulanıb.
Əliyar Xəlil
Globalinfo.az
Baxış sayı:52
Bu xəbər 31 Avqust 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















