Trampdan Qətər sualı verən müxbirə sərt reaksiya: Siz axmaqsınız!
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ prezidenti Donald Tramp Cənubi Afrika prezidenti Siril Ramafosa ilə görüşərkən “Qətər hədiyyə təyyarəsi” ilə bağlı sual verən NBC News müxbirini sərt şəkildə tənqid edib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Cənubi Afrika prezidenti Ramafosa ilə Oval Ofisdə keçirdiyi görüşdən sonra mətbuatın suallarını cavablandırıb.
Tramp ABŞ və Cənubi Afrika arasındakı problemləri və "ağ fermerlərə qarşı soyqırım" iddialarını müzakirə edərkən "Qətərin ABŞ-a hədiyyə etdiyi təyyarə" ilə bağlı sual verən NBC News müxbirinə sərt reaksiya verib.
Donald Tramp: "NBC burada gördüklərinizdən yayındırmağa çalışır. Siz dəhşətli müxbirsiniz. Xəbərçi olmaq üçün lazım olan şeylərə sahib deyilsiniz. Həm də kifayət qədər ağıllı deyilsiniz"-deyib.
O, NBC News və digər "saxta xəbər" kanallarının Cənubi Afrikada "ağ fermerlərə qarşı soyqırım" xəbərlərinə məhəl qoymadığını, bunun əvəzinə ona qarşı istifadə oluna biləcək "Qətərin təyyarə hədiyyəsini" vurğuladığını iddia edib.
Müxbiri də “axmaq” adlandıran Tramp ABŞ mediasındakı “saxta xəbər” kanallarının ölkədəki reallıqları əks etdirmədiyini iddia edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 May 2025 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















