Icma.az
close
up
RU
Trampdan QORXUNC XƏBƏRDARLIQ “İranın nüvə obyektlərinə zərbələr ENDİRİLƏCƏK”

Trampdan QORXUNC XƏBƏRDARLIQ “İranın nüvə obyektlərinə zərbələr ENDİRİLƏCƏK”

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı yaratmaq ərəfəsində olduğunu bəyan edib. Ağ Evin rəhbəri jurnalistlərin sualına "Məncə, onlar yaxındırlar, çox yaxındırlar" deyib. Eyni zamanda o, Tehran rəhbərliyi ilə əlaqə saxlamaq niyyətində olduğunu açıqlayıb.

Tramp İrana maksimum təzyiqi bərpa etmək üçün sərəncam imzalayıb. Məhdudiyyətlər İranı nüvə silahı əldə etmək üçün bütün yollardan məhrum etmək məqsədi daşıyacaq. İlkin ehtimallara görə, təklif edilən məhdudiyyətlərin bir hissəsi kimi Tramp administrasiyası İran neftinin ixracını sıfıra endirmək niyyətindədir. Trampın sərəncamı ABŞ maliyyə nazirinə sanksiyaları pozanlara qarşı məhdudiyyətlər də daxil olmaqla, İrana maksimum iqtisadi təzyiq tətbiq etməyə göstərişdir.

İranı nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, İranın yaxın illərdə nüvə silahından imtinası onun üçün ən ağıllı addım olacaq:

“İran 1992-1993-cü illərdən başlayaraq nüvə silahı yaratmağa cəhd göstərir. Bu ölkə 5 nüvə başlığı yaratmağı nəzərdə tutub. Bunun üçün də uranın zənginləşdirilməsinə ehtiyac var. Nüvə silahı almaq üçün uran 94 faizə qədər zənginləşdirilməlidir. Son araşdırmalara görə, İran artıq uranın 80 faizdən artıq zənginləşdirilməsinə nail olub. Belə vəziyyətdə təbii ki, ABŞ, İsrail və onların Avropadakı müttəfiqləri İranın bu istəyinin gerçəkləşməməsi üçün əllərindən gələni edirlər.

Ötən ilin dekabrı və bu ilin yanvarın 13-də İran rəsmiləri ilə Aİ nümayəndələri arasında görüşlər oldu. Bu görüşlərdə Tehran Qərbin narahatlığını aradan qaldırmaq üçün əlindən gələni etməyə hazır olduğunu bəyan etdi. O da məlumdur ki, 2015-ci ildə İranla ABŞ arasında imzalanan nüvə razılaşması Trampın birinci hakimiyyəti dövründə, 2018-ci ildə pozuldu və Tehran ciddi sanksiyalara məruz qaldı”.

Ekspert qeyd edir ki, sanksiyalar İranı çox narahat edir:

“Bu mənada onun nüvə proqramının qarşısını almaq üçün ilk növbədə yeni iqtisadi sanksiyalar tətbiq ediləcək. ABŞ-ın bu istiqamətdə imkanları genişdir. Eyni zamanda, danışıqlar da davam etdiriləcək. Bunlar nəticə verməsə, İranın nüvə obyektlərinə raket zərbələri endirilməsi ehtimalı da qalmaqdadır. İsrail ötən İranın nüvə obyektlərinə zərbə endirməyə cəhd göstərdi. Ancaq ABŞ buna etiraz etdi.

Son nəticədə yalnız İranın bir nüvə obyektinə zərbə vuruldu və həmin mərkəz darmadağın edildi. Danışıqlar nəticə verməsə, bu dəfə ABŞ özü həmin addımı atmaqda maraqlı olacaq və müttəfiqlərilə birgə İranın nüvə obyektlərinə zərbələr endirəcək. Bu isə İran üçün çox ağır nəticələrə səbəb olacaq. Ona görə də İran ən azından yaxın on illərdə nüvə silahından imtina etməsi daha ağıllı addım olardı”.   

Rüfət Sultan, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Fevral 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri