Trampdan Qrenlandiya xalqına: Gəlin ABŞ yə qoşulun
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Qrenlandiyanı ölkəsinə birləşdirmək arzusundan vaz keçməyən ABŞ prezidenti Donald Tramp bunu növbəti dəfə dilə gətirib.
Ölkə.Az xəbər verir ki, Tramp sosial media platformasında açıqlamasında ABŞ Konqresindəki çıxışını xatırladaraq deyib: “Çıxışımda açıq şəkildə qeyd etdiyim kimi, ABŞ Qrenlandiya xalqının öz gələcəyini təyin etmə haqqını güclü şəkildə dəstəkləyir.
Qrenlandiya xalqına İkinci Dünya müharibəsindən bəri olduğu kimi, sizi də qorumağa davam edəcəyik. Biz yeni iş yerləri yaratmaq və sizi zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq. İstəyirsinizsə, sizi yer üzündəki ən böyük dövlətin, Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmağa dəvət edirik".
Qrenlandiyanın ABŞ-nin milli və beynəlxalq təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıdığını vurğulayan Tramp qeyd edib ki, bu və ya digər şəkildə Qrenlandiyanı alacaqlar.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 10 Mart 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















