Icma.az
close
up
RU
Trampdan sərt bəyanat, Bukingem Sarayından açıqlama 20 ildən sonra ilk

Trampdan sərt bəyanat, Bukingem Sarayından açıqlama 20 ildən sonra ilk

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Böyük Britaniya ilə ABŞ arasında diplomatik gərginliyin kölgəsində gözlənilən açıqlama nəhayət gəlib. Bukingem Sarayı dəqiq tarix verməkdən yayınaraq, Kral III Çarlz və Kraliça Kamillanın aprel ayının sonunda ABŞ-a rəsmi səfər edəcəyini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu açıqlama Donald Trampın sərt çıxışlarından cəmi dəqiqələr sonra yayılıb. Sorğular isə Böyük Britaniya ictimaiyyətinin bu səfərə qarşı olduğunu göstərir.

ABŞ və Böyük Britaniya arasında gərgin küləklər əsərkən, Bukingem Sarayı bir müddətdir gözlənilən açıqlamanı bu gün verib. Kral III Çarlz və Kraliça Kamillanın aprel ayının sonlarında ABŞ-a rəsmi səfər edəcəyi bildirilib.


2007-ci ildə Kraliça II Elizabetin səfərindən bu yana monarxiya üzvü tərəfindən ABŞ-a ediləcək ilk dövlət səfəri olacaq bu addım, iki ölkə arasındakı münasibətlərdə yeni sınaq kimi qiymətləndirilir.

Səfərin detalları hələ tam dəqiqləşməsə də, Kral III Çarlzın Ağ Evdə şərəfinə veriləcək dövlət ziyafətində iştirak edəcəyi və ABŞ Konqresində çıxış edəcəyi təsdiqlənib. ABŞ-ın Müstəqillik Bəyannaməsinin 250 illiyi çərçivəsində keçiriləcək səfərin "tarixi bağları və müasir ikitərəfli münasibətləri qeyd etmək” məqsədi daşıdığı vurğulanır. Kralın ABŞ-dan dönüşdə Bermuda da səfər edəcəyi bildirilir.

Bu xəbər, xüsusilə ABŞ–İsrail–İran xəttində gərginliyin artdığı bir dövrə təsadüf edib. Britaniya hökuməti adından həyata keçirilən səfərin elanının bir müddətdir siyasi gərginliyi azaltmaq üçün gecikdirildiyi düşünülürdü. Lakin gərginlik azalmaq əvəzinə daha da artıb.

Donald Tramp Bukingem açıqlamasından dəqiqələr əvvəl sosial şəbəkədə paylaşım edərək, Hörmüz boğazı ilə bağlı sərt mesajlar verib və Böyük Britaniyanı da hədəf alıb. O, ABŞ-dan enerji resursları alınması və bölgəyə müdaxilə ilə bağlı kəskin fikirlər səsləndirib.


Tramp həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmeri hədəf alaraq onu "Uinston Çörçill deyil" sözləri ilə tənqid edib. Bu isə London–Vaşinqton xəttində gərginliyi artırıb. Bununla belə, Trampın ötən ilin sentyabrında Vindzor qalasına səfəri və Kral III Çarlz haqqında müsbət fikirlər bildirməsi şəxsi diplomatiyanın münasibətləri yumşaltma potensialına işarə kimi qiymətləndirilir.

Analitiklər bu səfərin Britaniyanın "yumşaq güc” vasitəsilə ABŞ-la münasibətləri normallaşdırmaq cəhdi olduğunu bildirirlər.

Kralın ABŞ səfəri Böyük Britaniyada da müzakirələrə səbəb olub. Liberal Demokratların lideri Ed Deyvi səfərin ləğv edilməsinə çağırıb. "YouGov" sorğusuna əsasən, britaniyalıların 49 faizi səfərə qarşıdır, yalnız 33 faizi isə dəstəkləyir.

Səfərin həssas mövzularından biri də Kral III Çarlzın qardaşı Endryu Mauntbetten-Vindzorun Ceffri Epşteyn qalmaqalı ilə əlaqələndirilməsidir. ABŞ Konqres üzvü Ro Kxanna Kral III Çarlza ünvanladığı məktubda bunun təkcə ABŞ-ı deyil, beynəlxalq ictimaiyyəti də maraqlandırdığını qeyd edərək, onu Epşteyn zərərçəkmişləri ilə görüşməyə çağırıb.

Bir qədər əvvəl isə Donald Tramp Kral III Çarlzın aprelin 27-dən 30-dək ABŞ-a dövlət səfəri edəcəyini açıqlayıb. O, bu barədə "Truth Social"da yazıb:

"Melaniya və mən Böyük Britaniya kralı və kraliçasının aprelin 27-dən 30-dək ABŞ-yə tarixi dövlət səfəri edəcəyini və aprelin 28-i axşam Ağ Evdə təntənəli ziyafətin veriləcəyini elan etməkdən məmnunuq".

Tramp qeyd edib ki, qarşıdakı səfər xüsusilə bu il ABŞ-nin 250 illiyinin qeyd olunması kontekstində tarixi hadisə olacaq. O, Britaniya monarxına hörmətini ifadə edib və onunla görüşü səbirsizliklə gözlədiyini deyib.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Mart 2026 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri