Trampdan şok etiraf: Putin müharibəni bitirmək istəyir, biz danışıqlar aparırıq
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin dayandırılmasını əsas prioritetlərdən biri hesab edir və bu məsələnin həlli yollarını Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirə etmək niyyətindədir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə yüksəkvəzifəli amerikalı məmur məlumat yayıb.
Agentliyin məlumatına görə, Tramp Ankarada Volodimir Zelenski ilə görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinlə də danışıqlar aparmağı planlaşdırır. Bu təmasların əsas məqsədi döyüş əməliyyatlarının mümkün qədər tez dayandırılmasıdır. ABŞ lideri həm Moskva, həm də Kiyevin münaqişənin nizamlanmasında maraqlı olduğuna əminliyini ifadə edib.
Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp iyulun 4-də Rusiya lideri ilə keçirdiyi telefon danışığını müsbət qiymətləndirib: "Putin müharibənin başa çatmasını istəyir. Bunu sizə tam əminliklə deyə bilərəm. Ukrayna tərəfi də bunun indi bitməsini arzulayır. Hazırda danışıqlar prosesi davam edir".
Tramp, həmçinin Ukrayna məsələsini qarşıdan gələn NATO sammitində müzakirə edəcəyini bildirib: "Biz NATO sammitinə gedəcəyik və bunu orada müzakirə edəcəyik. Düşünürəm ki, razılığa nail olacağıq".
Ağ Ev rəhbəri sülhə nail olunması perspektivlərinin bir çoxlarının düşündüyündən daha yüksək olduğunu vurğulayaraq, "Hesab edirəm ki, bu məsələnin nizamlanmasına insanların təsəvvür etdiyindən qat-qat yaxınıq", - deyə əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 06 İyul 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















