Icma.az
close
up
RU
Trampdan TikTok la bağlı tapşırıq

Trampdan TikTok la bağlı tapşırıq

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Ceyms Devid Vensə və milli təhlükəsizlik üzrə köməkçisi Mayk Voltsa TikTok-un satışına nəzarət etməyi tapşırıb.

"Cebheinfo.az" bildirir ki, bu barədə "Punchbowl News" portalı Konqres və Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vensə "TikTok"-un xilası ilə bağlı sövdələşməyə strateji rəhbərlik etmək vəzifəsi həvalə edilib. Volts isə satışın milli təhlükəsizlik aspektlərinə nəzarət edəcək.

Eyni zamanda, portalın yazdığına görə, "TikTok"-un mümkün alıcılarından biri olan milyarder Frenk MakKort bu yaxınlarda Kapitolidə respublikaçı konqresmenlərlə görüşüb. O, platformanı öz qeyri-kommersiya təşkilatı "Project Liberty"-yə aid edəcəyini və nəticədə "TikTok"-un Çin tərəfindən tamamilə nəzarətdən çıxacağını əsas arqument kimi irəli sürüb.

Tramp fevralın 3-də ABŞ Maliyyə və Ticarət nazirliklərinə 90 gün ərzində ölkədə suveren rifah fondu yaratmaq planını təqdim etməyi tapşıran fərman imzalayıb. O, bu fondun "TikTok"-un səhmlərinin alınması çərçivəsində də istifadə edilə biləcəyini istisna etməyib.

Xatırladaq ki, keçmiş ABŞ prezidenti Co Bayden 2024-cü ildə "ByteDance" şirkətinə "TikTok"-u satmaq və ya yanvarın 19-dək ABŞ-də fəaliyyətini dayandırmaq tələbi qoyan qanunu imzalamışdı. Ancaq Tramp 20 yanvarda vəzifəyə başladıqdan sonra bu bloklamanı gecikdirən yeni fərman imzalayıb.

O, ABŞ-ın "TikTok"-un yarısına sahib olmaq hüququna malik olduğunu bildirsə də, bunun nə demək olduğunu izah etməyib.

CNBC telekanalının məlumatına görə, hazırda ABŞ hökuməti "TikTok"-un 50%-lik səhmlərini almaq üçün potensial namizədləri nəzərdən keçirir. Əsas namizədlər arasında "SpaceX", "Tesla" və "X"-in sahibi İlon Mask, eləcə də Oracle şirkətinin rəhbəri Lerri Ellison var. Yanvar ayının sonunda Tramp "Microsoft"-un da bu proseslə maraqlandığını bildirib.

Səbinə Uğur 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Fevral 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see411

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see305

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see230

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see229

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see224

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see223

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see219

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see208

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see208

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see202

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see196

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see193

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see189

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see189

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see181

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see180

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see175

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see171

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see165

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri