Trampdan XƏBƏRDARLIQ: Venesuelalı narkotacirlər tezliklə dayandırılacaq
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
ABŞ prezidenti Donald Tramp Venesuelalı narkotik tacirlərinin ölkəyə dəniz yolu ilə girişinə ciddi məhdudiyyətlər qoyulduğunu iddia edərək, qurudan da onların qarşısını tezliklə alacaqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Tramp hərbçilərə müraciətində Venesuela ilə narkotik qaçaqmalçılığı ilə bağlı bir neçə aydır davam edən gərginliyi qiymətləndirib.
Son həftələrdə çoxlu sayda Venesuelalı narkotik tacirinin qarşısını almaq üçün çalışdıqlarını ifadə edən Tramp, bu mövzuda tam müvəffəqiyyət əldə etdiklərini bildirdi.
Tramp Venesueladan gələn narkotiklərin ABŞ-da hər il yüz minlərlə insanın ölümünə səbəb olduğunu iddia edib və bu vəziyyətlə maraqlanacaqlarını vurğulayıb.
ABŞ-a dəniz yolu ilə narkotik daşınmasının əhəmiyyətli dərəcədə azaldığına diqqət çəkən Tramp, "Onları qurudan da dayandırmağa başlayacağıq. Qurudan onları dayandırmaq daha asandır və bu, çox yaxında başlayacaq" dedi.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:65
Bu xəbər 28 Noyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















