Icma.az
close
up
RU
Trampdan Yaxın Şərq ölkələrinə ÇAĞIRIŞ

Trampdan Yaxın Şərq ölkələrinə ÇAĞIRIŞ

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqin bir neçə ölkəsinin, o cümlədən Pakistanın liderləri ilə telefon danışığı zamanı onları Vaşinqtonla Tehran arasında sülh sazişi əldə olunacağı təqdirdə, İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan "İbrahim sazişləri"nə qoşulmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iki ABŞ məmuruna istinadən "Axios" portalı məlumat yayıb. Bildirilib ki, Ağ Ev lideri mayın 23-də Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə telefon danışığı zamanı İran münaqişəsi başa çatdıqdan sonra "İbrahim sazişləri"ndə iştirak etməyən və ya İsraillə sülh müqaviləsi olmayan ölkələrin Təl-Əvivlə münasibətlərini yaxşılaşdıracaqlarına ümid etdiyini bildirib.

Portalın xəbərinə görə, İsraillə diplomatik əlaqələri olmayan Qətər, Pakistan və Səudiyyə Ərəbistanı nümayəndələri Trampın bu xahişindən təəccübləniblər. "Axios"a danışan məmurlardan biri qeyd edib ki, telefon danışığı zamanı sükut yaranıb və Tramp zarafatla "xətdəsinizmi", - deyə soruşub. ABŞ lideri əlavə edib ki, yaxın həftələrdə həmin ölkələr və İsrail arasında münasibətlərin normallaşdırılması məsələsi ilə prezidentin xüsusi elçisi Stiv Uitkoff, eləcə də iş adamı Cared Kuşner məşğul olacaqlar.

Daha əvvəl ABŞ prezidenti "Truth Social" platformasında İranın da gələcəkdə "İbrahim sazişləri"nə qoşulmaq istəyə biləcəyini istisna etməyib. Qeyd edək ki, "İbrahim sazişləri" 2020-2021-ci illərdə ABŞ-nin vasitəçiliyi ilə İsrail və bəzi ərəb ölkələri tərəfindən əldə olunub. 2020-ci ildə Bəhreyn, Mərakeş və BƏƏ İsraillə münasibətlər qurmağa başlayıblar.

2021-ci ildə isə Sudan yəhudi dövləti ilə diplomatik əlaqələr yaratdığını elan edib. Bu sazişlər bağlanana qədər İsrailin ərəb dövlətlərindən yalnız Misir və İordaniya ilə diplomatik münasibətləri mövcud idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 May 2026 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see309

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see281

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see252

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see241

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see240

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see232

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see229

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see225

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see220

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see214

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see214

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see212

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see206

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see204

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see202

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see199

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see189

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see185

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see181

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri