Icma.az
close
up
RU
Trampdan Zelenskiyə seçki ultimatumu: Ekspert daxildəki vəziyyəti şərh edir

Trampdan Zelenskiyə seçki ultimatumu: Ekspert daxildəki vəziyyəti şərh edir

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenskinin fevral ayında seçki və sülh sazişi üzrə referendum barədə qərar verəcəyi iddia olunub. Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın komandası Ukrayna tərəfindən hər iki səsvermənin mayın 15-dək keçirilməsini tələb edib, əks halda təhlükəsizlik zəmanətlərinin ləğv ediləcəyi ilə hədələyib. Zelenski isə təhlükəsizliklə bağlı vəziyyətin həlledici amil olaraq qaldığını və seçki prosesi üçün təhlükəsizlik təmin edilmədiyi təqdirdə heç bir bəyanatın verilməyəcəyini vurğulayıb.

İddialarla bağlı Oxu.Az-a danışan ukraynalı politoloq Aleksandr Kovalenko bildirib ki, prezident seçkisinin, xüsusilə də ümumxalq referendumunun keçirilməsi ən azı atəşkəsin təmin olunması şərti ilə mümkündür:

"Hazırda Rusiyanın orta və ya uzunmüddətli atəşkəsə gedə biləcəyinə dair heç bir əlamət yoxdur. Biz görürük ki, Rusiya yaz-yay hücum kampaniyasına fəal şəkildə hazırlaşır. Buna görə də bu amil Ukraynada artıq may ayında seçkinin və ya referendumun keçirilə biləcəyi ilə qətiyyən uyğun gəlmir".

"İkinci mühüm məqam isə ondan ibarətdir ki, seçki keçirilirsə, seçkiqabağı yarış və namizədlərin buna hazırlığı lazımdır. Yəni Ukrayna konstitusiyasına əsasən, seçkiqabağı proses azı altı ay davam etməlidir. Bu proses isə aktiv döyüş əməliyyatları olmadan və atəşkəs şəraitində baş tutmalıdır. Üstəlik, səslərin sayılması və sonrakı inaqurasiya prosesi də nəzərə alınarsa, minimum altı aylıq hazırlıq müddəti artıq göstərir ki, may ayında seçki keçirmək mümkün deyil", - deyə ekspert vurğulayıb.

* Avropa seçim qarşısında: Rusiyanın enerjisi, yoxsa Ukraynanın təhlükəsizliyi?

Müsahibimiz referendumla bağlı şayiələrə də münasibət bildirib. Onun sözlərinə görə, referendum Ukrayna vətəndaşlarının müvafiq müraciəti əsasında təyin olunur:

"Bunu hansısa üçüncü tərəf, deputat və hətta prezident belə təyin etmir. Söhbət vətəndaşların təşəbbüsü ilə, ölkə rəhbərliyinə ünvanlanan müraciət əsasında təşkil olunan səsvermədən gedir. Hazırda cəmiyyətdə belə bir referendumun keçirilməsi ilə bağlı hər hansı bir tələb yoxdur. Əksinə, cəmiyyətdə əhvali-ruhiyyə tamamilə fərqlidir. Buna görə də bütün bu bəyanatlar daha çox siyasi və populist xarakter daşıyır, xüsusilə də, məsələn, ABŞ tərəfinin Ukraynada seçki keçirilməsinin zəruriliyi ilə bağlı səsləndirdiyi fikirlər fonunda. Ukrayna da amerikalı tərəfdaşlarına buna hazır olduğunu, lakin eyni zamanda, bu proseslərin hazırda Ukraynada niyə mümkün olmadığını izah edə bilər. Çünki əsas səbəb Rusiyadır. Moskva nə atəşkəsə, nə də sülhə hazırlaşır, əksinə, 2026-cı il ərzində, xüsusilə yaz və yay aylarında aktiv hərbi əməliyyatlar planlaşdırır. Buna görə də hesab etmirəm ki, xüsusilə may ayı üçün bu prosesi real bir şey kimi qiymətləndirmək olar. Əksinə, bu, sadəcə, danışıqlardır və onların arxasında danışıqlar qrupları səviyyəsində diplomatik müzakirələr dayanır. Lakin bu prosesi reallaşdırmaq faktiki olaraq mümkün deyil".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Fevral 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see334

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see296

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see287

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see286

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see278

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see272

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see268

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see258

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see237

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see235

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see229

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri