Icma.az
close
up
RU
Trampı Kennedinin aqibəti gözləyir Siyahıda İlon Mask və onlar da var

Trampı Kennedinin aqibəti gözləyir Siyahıda İlon Mask və onlar da var

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Hökumətinin Effektivlik Departamentinin (DOGE) rəhbəri İlon Maskın son açıqlaması dünya mediasında səs-küy yaradıb. Belə ki, son həftələrdə tənqidlərin hədəfinə çevrilən iş adamı öldürülə biləcəyini iddia edib.

Sitat: “Məni öldürmək istəyirlər, çünki onların saxtakarlıqlarını ifşa edirəm. “Tesla”ya zərər verməyə çalışırlar. Biz hökumətdəki dəhşətli israfçılığı və korrupsiyanı dayandırırıq”.

İlon Mask sui-qəsdin qurbanı ola bilərmi?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, İlon Mask siyasi fəaliyyətə başlamamışdan əvvəl özünü yaxşı biznesmen kimi təqdim etmişdi:

“İqtisadiyyat, texnologiya, süni intellekt, kosmosun mənimsənilməsi, kriptovalyutalar və digər sahələrdə əldə etdiyi nailiyyətlər onu dünyanın aparıcı iş adamları reytinqində ön pillələrə qaldırdı. Lakin Donald Trampın seçki kampaniyasında ona güclü dəstək göstərməsi, maliyyə yardımları Maskın DOGE-yə rəhbərlik etməsi ilə nəticələndi. Cəmi 3 aya yaxın müddət ərzində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) bağlanması və buna oxşar müxtəlif qeyri-hökumət təşkilatları, media qurumlarında maliyyə axınının qarşısının alınması birbaşa Maskın tədqiqatlarının yekunudur. Dövlətdə rüşvətxorluq, korrupsiya, israfçılıq və sair aşkar olunur, həmçinin sərt tədbirlər görülür. Əlbəttə, bu siyasətə görə narazı qalan kütlələr var. Çünki onlar daimi işlə təmin olunmuşdular, milyardlarla vəsait əlçatan idi. İndi isə bütün mənfi destruktiv fəaliyyətə görə cavab vermək, maliyyə axınının şəffaflığını təmin etmək önəmli prioritetdir”.

İlyas Hüseynov

Ekspert bildirib ki, narazı insanların həm ABŞ prezidenti, həm də İlon Maska qarşı sui-qəsdlər təşkil etməsi mümkündür:

“ABŞ prezidenti seçkiqabağı dövrdə də bu təhlükə ilə üz-üzə qalıb. İlon Mask və ya digər şəxslər – istər ABŞ dövlət katibi Marko Rubio, istər ölkənin vitse-prezidenti Cey Di Vens sözügedən adamların qəzəbinə tuş gələ bilər. Nəzərə almaq lazımdır ki, Tramp administrasiyası dünyada sülhü təmin etmək üçün müxtəlif metodlardan istifadə edir. Müharibə tərəfdarları da onları aradan götürməklə istədiklərini həyata keçirə bilərlər. Bunlar ssenari olsa da, Tramp və komandası şəxsi mühafizələrini gücləndirsə, daha yaxşıdır”.

Qeyd edək ki, ABŞ-ın 35-ci prezidenti Con Kennedi 22 noyabr 1963-cü ildə Texas ştatının Dallas şəhərində sui-qəsd nəticəsində öldürülüb.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Mart 2025 07:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri