Icma.az
close
up
RU
“Trampı zəiflətməyə çalışan ağılsız” Konqresdə Putin barədə nələr dedilər?

“Trampı zəiflətməyə çalışan ağılsız” Konqresdə Putin barədə nələr dedilər?

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın nüvə silahı sınaqlarını bərpa etmək qərarı Konqresdəki demokratlar və respublikaçılar arasında fikir ayrılığına səbəb olub.

Respublikaçılar Vladimir Putinin nüvə təhdidlərinə qarşı çıxdığına görə Trampı tərifləyərkən, demokratlar belə bir addımın doğruluğunu və maliyyələşdirilməsini şübhə altına alıblar.

"Bu, bizim üçün səhv olardı, çünki qazanacağımız heç nə yoxdur. Əgər biz nüvə sınağı keçirsək, sonra Çin də bunu etmək qərarına gəlsə, onlar nüvə silahlarını sınaqdan keçirməyə başlayacaqlar. Bununla da onların strateji imkanları əhəmiyyətli dərəcədə artacaq. Bizim qazanacağımız heç nə yoxdur. Bu, Çinə bir hədiyyə olardı", - Senatın Silahlı Qüvvələr Alt Komitəsinin üzvü, senator Mark Kelli (Arizona ştatından Demokrat) deyib.

Lakin respublikaçılar Trampı qətiyyətlə dəstəkləyirlər. "Bu, eskalasiya deyil", - deyə senator Ceyms Riş (Aydaho ştatından respublikaçı) bildirib. O Putini “Trampı zəiflətməyə çalışan ağılsız" adlandırıb: "Heç kim Putinin nüvə silahından istifadə edəcəyinə inanmır. Baxmayaraq ki, o, bununla bütün dövrlərdə Trampı qorxutmağa çalışıb. Düşünürəm ki, Tramp bununla "Mən bundan qorxmuram" deyir".

Nümayəndələr Palatasının spikeri Mayk Conson da Trampı dəstəkləyərək bildirib ki, bu, Amerikanın rəqiblərinə "güclü siqnalıdır".

Senator Lindsi Qrem (Cənubi Karolina ştatından respublikaçı) deyib ki, Trampın Müharibə Nazirliyinə verdiyi göstəriş Putinə cavabdır və Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq ümidi ilə onu danışıqlara sövq edir: "Düşünürəm ki, Putin Trampı dəyərincə qiymətləndirmir. Siz ölkəmizi təhdid edirsiniz. Peşman olacaqsınız".

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 Oktyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri