Icma.az
close
up
RU
Trampın 2028 ci il planı: Prezidentliyə varis kimi Vensi görmək istədiyi iddia olunur

Trampın 2028 ci il planı: Prezidentliyə varis kimi Vensi görmək istədiyi iddia olunur

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ prezidenti Donald Trampın Respublikaçılar Partiyasının sponsorları ilə qapalı görüşdə 2028-ci il prezident seçkilərində vitse-prezident Ceyms Devid Vensi namizəd kimi görmək istədiyini bildirdiyi iddia olunur.

Bizimyol.info xəbər verir ki, “The Washington Post” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Tramp təxminən iki həftə əvvəl Oval kabinetdə keçirilən görüş zamanı “Nəticədə biz Ceyms Devid Vensi seçməli olacağıq” ifadəsini işlədib.

Trampın yaxın çevrəsindən olan mənbə bildirib ki, ABŞ prezidenti şəxsi müzakirələrdə artıq öz siyasi varisi kimi məhz Vensi seçdiyini qeyd edib. Trampın müşavirlərindən biri qəzetə deyib ki, vitse-prezident son dövrdə prezidentin rəğbətini qazanıb. Buna səbəb kimi onun İranla anlaşma memorandumunun imzalanmasına nail olması, saxtakarlığa qarşı mübarizə kampaniyasına rəhbərlik etməsi və mediada ona yönələn tənqidlərə uğurla cavab verməsi göstərilib.

Bununla belə, qəzetin digər mənbələri Trampın yekun qərarının hələ də tam aydın olmadığını bildiriblər. Onların sözlərinə görə, ABŞ prezidenti müxtəlif şəxslərlə söhbətlərində həm Vensin, həm də dövlət katibi Marko Rubionun adını çəkir və fikrini dəyişə bilər.

Mənbələr qeyd ediblər ki, Tramp hər hansı namizədə açıq dəstəyini mümkün qədər gec açıqlamaq istəyir ki, “səlahiyyət müddəti başa çatan prezident” görüntüsü yaratmasın.

Rubionun yaxın çevrəsindən olan mənbə bildirib ki, dövlət katibi gələcək siyasi planları ilə bağlı yaranan şayiələri artırmamaq üçün mətbuatla əlaqələrini azaldıb. Vens isə hələlik siyasi gələcəyi ilə bağlı hər hansı açıqlama verməyib.

Trampın müşavirlərindən biri qeyd edib ki, prezident hələ də Vens və Rubionun birlikdə – biri prezident, digəri vitse-prezident namizədi kimi – seçkilərə qatılmasını istəyir. Lakin Rubionun vitse-prezidentliyə namizəd olmağa razı olub-olmayacağı məlum deyil.

Tramp daha əvvəl də Vens və Rubionu öz prezidentlik müddətindən sonra ölkəni idarə etmək üçün ideal namizədlər hesab etdiyini bildirib. O, hətta onların 2028-ci il seçkilərində tandeminin “məğlubedilməz” olacağını söyləyib. Lakin ABŞ prezidenti hər iki siyasətçidən hansını hansı vəzifədə görmək istədiyini açıqlamayıb.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Avqust 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see637

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see552

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see313

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see273

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see241

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see222

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see219

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see211

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see207

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see202

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see185

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see178

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see178

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see175

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see170

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see170

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see162

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see161

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see155

Türkiyədə kontr admiral sosial şəbəkədəki sözlərinə görə həbs edildi

18 Avqust 2026 02:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri