Trampın 400 milyon dollarlıq layihəsinə məhkəmədən əngəl
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
ABŞ-də federal apellyasiya məhkəməsi Prezident Donald Tramp administrasiyasının Ağ Evdə inşa etməyi planlaşdırdığı 400 milyon dollarlıq bal zalı layihəsi ilə bağlı qərar qəbul edib.
"Yeni Sabah" xəbər verir ki, məhkəmə layihənin Konqresin razılığı olmadan həyata keçirilə bilməyəcəyinə hökm verib. Vaşinqton Dairəsi üzrə Apellyasiya Məhkəməsinin üç hakimdən ibarət kollegiyası qərarı iki səsə qarşı bir səslə qəbul edib. Qərarda bildirilib ki, bal zalının tikintisi dayandırılmalıdır.
Məhkəmə tarixi irsin qorunmasını müdafiə edən iddiaçıların mövqeyini haqlı hesab edib. Qərarda qeyd olunub ki, Ağ Ev ərazisində bu miqyasda bal zalının tikilib-tikilməməsinə qərar vermək səlahiyyəti Konqresə məxsusdur və icra hakimiyyəti bunu təkbaşına edə bilməz. pizza hut
Bununla yanaşı, apellyasiya məhkəməsi Tramp administrasiyasına qərardan ABŞ Ali Məhkəməsinə şikayət vermək imkanı yaratmaq üçün hökmün icrasını iki həftə müddətinə dayandırıb.
Qeyd edək ki, proses yerli məhkəmənin aprelin 16-da bal zalının tikintisinin dayandırılması barədə qərar qəbul etməsindən sonra başlayıb. Tramp administrasiyası isə həmin qərardan apellyasiya şikayəti verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 07 Avqust 2026 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















