Icma.az
close
up
RU
Trampın 50 günlük bəyanatı: ABŞ sanksiyalarla Rusiyanı barışa gətirəcək?

Trampın 50 günlük bəyanatı: ABŞ sanksiyalarla Rusiyanı barışa gətirəcək?

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp 50 gün ərzində Ukrayna ilə bağlı razılaşma əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik gömrük rüsumları tətbiq edəcəyinə söz verib.

Trampın sözlərinə görə, o, Putinlə danışanda sanki hər şeyin yaxşı bitəcəyi təəssüratı yaranır. Lakin danışıq bitəndən sonra Putin tamamilə əks addımlar atır.

Maraqlıdır ki, Putin 50 gün içində atəşkəsə razı olacaqmı? ABŞ-nin sərt sanksiyaları Rusiyaya necə təsir edə bilər?

Siyasi şərhçi Əli Zülfüqaroğlu Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ-nin Rusiyaya qarşı kifayət qədər ciddi təzyiq kartları var. Bura iqtisadi sanksiyalarla yanaşı, Ukraynaya hava hücumundan müdafiə sistemlərinin və ağır silahların verilməsi daxildir.

Müsahibimizə görə, Tramp Rusiya ilə diplomatik kanalları açıq tutmağa çalışır və hesab edir ki, ABŞ-nin maraqları Rusiya ilə münasibətlərin normallaşdırılmasını tələb edir. Hətta bundan öncəki dönəmdə Tramp Baydenin siyasətini tənqid edərək bildirmişdi ki, Rusiya ilə müharibənin başlaması ABŞ-nin maraqlarına zərbə vurub:

“Çünki qarşıdurma nəticəsində ABŞ-yə qarşı Çin, Rusiya və Şimali Koreya İttifaqı yarandı. Trampa görə, bu, məhz Bayden siyasətinin nəticəsidir. Ona görə də Tramp hakimiyyətə gələndən sonra Ukraynaya təzyiq etdi və ABŞ-nin maraqlarını özündə ehtiva edən faydalı qazıntılarla bağlı sazişin imzalanmasına nail oldu. Eyni zamanda Rusiya ilə loyal münasibət sərgilədi. Lakin Trampın yürütdüyü siyasətin nəticəsi olaraq, son Rusiya atəşkəslə bağlı daha maksimalist mövqe sərgiləməyə başladı. Bu isə ABŞ-nin maraqlarına cavab vermir".

Əli Zülfüqaroğlu: Tramp Rusiya ilə diplomatik kanalları açıq tutmağa çalışır və hesab edir ki...

Ə.Zülfüqaroğlunun fikrincə, Tramp hazırda gözləmə mövqeyindədir və cəbhədəki vəziyyətin hansı istiqamətdə inkişaf etməsi onun qərarlarına birbaşa təsir edəcək.

"Ukrayna savaşda ciddi dönüş nöqtəsi əldə edərsə, bu zaman Trampın Rusiyaya qarşı təzyiq imkanları daha effektiv ola bilər. Rusiya Ukrayna münaqişəsində ciddi irəliləyiş əldə edərsə, Trampın Kiyevə və müharibənin davam etməsində maraqlı olan Avropa İttifaqına qarşı təzyiqi artırmasını görə bilərik. Ona görə də cəbhədəki vəziyyət Trampın qərarında həlledici olacaq. Məhz buna görə Avropa İttifaqı Ukraynaya silah dəstəyi verməyə davam edir və eyni zamanda Ukrayna cəbhədə müəyyən nəticələr əldə etməyə çalışır. Zelenskinin silah yardımı ilə bağlı açıqlamaları da buna hesablanıb. Rusiya baş verənlərdən narahatdır və Kiyevə hücumu artırmaqla, daha çox ərazi işğal etməyə və sülh masasında  üstün mövqeyə sahib olmağa çalışır" - siyasi şərhçi qeyd edib.

Həmsöhbətimizin fikrincə, 50 günlük müddət Trampın verəcəyi qərarla bağlı əsas yaradacaq. İstənilən halda ABŞ Rusiyanın strateji məğlubiyyətə uğramasında maraqlı deyil. ABŞ-yə zəif Rusiya lazımdır.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 İyul 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri